Bakıda havanı daha çox çirkləndirən rayonların adları AÇIQLANDI
Nəticələr göstərir ki, Bakının Xətai, Nizami və Sabunçu rayonlarının atmosfer havası digər inzibati rayonlardan fərqli olaraq daha çox çirklənməyə məruz qalır.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, dünyanın iri şəhərlərinə xas olan hava problemi Bakı şəhəri üçün də səciyyəvidir.
Burada iri sənaye müəssisələrinin cəmləşməsi, insanların sıx məskunlaşması ilə bağlı nəqliyyatın sıxlığı atmosfer havasına öz mənfi təsirini göstərməkdədir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
U.Tağıyeva əlavə edib ki, may ayında keçirilən atmosfer havasının səyyar monitorinqinin nəticələrinə əsasən, Bakının Nəsimi, Xətai, Nizami, Səbail, Nərimanov, Yasamal və Sabunçu yaşayış məntəqələrində çirkləndirici qaz qarışıqları sanitar normadan bir gədər çox olub.
Bu da həmin ərazilərdə maşınların say çoxluğu ilə izah olunur: "Tozun miqdarının normadan yuxarı olması demək olar ki, Bakının bütün rayonlarında tikinti fəaliyyətinin aparılması ilə bağlıdir. Nəticələr göstərir ki, Xətai, Nizami və Sabunçu rayonlarının atmosfer havası digər inzibati rayonlarından fərqli olaraq daha çox çirklənməyə məruz qalır".
U.Tağıyeva bildirib ki, nəqliyyatdan olan təsirləri müəyyənləşdirmək üçün Neftçilər, Dərnəgül, Nobel prospekti, 20 yanvar dairəsi, Lökbatan dairəsi, Ukrayna dairəsi, Şərifzadə küçəsi Xırdalan-Sumqayıt yolunda keçirilmiş monitorinqə görə azot 4-oksid və dəm qazının konsentrasiyaları normanı aşıb. Nəqliyyatdan olan təsirlər ən çox Lökbatan dairəsində özünü göstərir. Bu yer həm şəhərdaxili, həm də şəhərkənarı nəqliyyatın sıx olduğu ərazidir. Digər ərazilərlə müqayisədə Nobel prospektində daha əlverişsiz şərait müşahidə olunub ki, bu da "Neft Emalı Zavodu"nun təsiri ilə bağlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 16 saat əvvəl
-
18 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 20 saat əvvəl
-
20 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
21 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl