Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

KİV: Tereza Mey mayın 24-də istefa verəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
KİV: Tereza Mey mayın 24-də istefa verəcək

Böyük Britaniyanın baş naziri Tereza Mey hökumətin ölkənin Avropa İttifaqından çıxışının həyata keçirilməsi məsələsində onun mövqeyini dəstəkləməməsi ilə əlaqədar mayın 24-də istefasını elan edə bilər.

 

Reklam_3_11

Bu iddia ilə cümə axşamı Nazirlər Kabinetindəki mənbələrə istinadən "Times" qəzeti çıxış edib.

 

Nəşr yazır ki, baş nazir "Tory" sıravi parlamentarilərini birləşdirən və partiya lideri seçimi və ya onun dəyişdirilməsi məsələlərini müəyyən edən 1922 Komitəsinin rəhbəri Qrem Breydi ilə cümə gününə təyin olunan görüşdən sonra postundan getdiyini elan edəcək.

 

BBC və "Daily Telegraf" qəzetinin məlumatına görə, baş nazirin bir çox tərəfdarları onun deputatlara Avropa İttifaqı ilə sövdələşməni dəstəkləyəcəkləri təqdirdə, "Brexit"lə bağlı ikinci referendumun keçirilməsinə səs verə bilmələri ilə bağlı çərşənbə axşamı verdiyi vəddən sonra Meyi dəstəkləməkdən imtina ediblər.

 

BBC-nin hökumətdəki mənbələrinin məlumatına görə, bu, bəzi nazirlərdə şok effekti yaradıb, çünki Nazirlər Kabinetinin "Brexit"lə bağlı iclasında belə bir imkanın olması öz təsdiqini tapmayıb.

23.05.2019 05:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ