Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Təqaüdə çıxan Mercedes-in rəhbərinə BMW-dən maraqlı vidalaşma - VİDEO

iç səhifə xəbər başlığı altı (mobil)_31
Təqaüdə çıxan Mercedes-in rəhbərinə BMW-dən maraqlı vidalaşma - VİDEO
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mercedes-Benz-in ana şirkəti olan Daimler-in İcraçı direktoru (CEO) Dieter Zetsche, 13 ildir icra etdiyi vəzifəsini tərk edərək, 40 ildir çalışdığı Almaniya şirkətindən təqaüdə çıxıb. 

 

Reklam_3_11

"Marja" xəbər verir ki, vəzifəsini Ola Källenius-a təhvil verən Zetsche, şirkətin səhmdar yığıncağının ardından işçilər ilə vidalaşaraq Mercedes dəftərini hələlik bağlayıb. Belə ki, Zetsche-nin 2021-ci ildə Daimler-in Məsləhətləşmə Şurasına başçılıq edəcəyi gözlənilir.

 

Məşhur rəhbərə bir vida da, Mercedes-in ən böyük rəqibi BMW-dən gəlib. BMW yaydığı reklam filmində, Zetsche-nin direktor olaraq son gününə yer verib.

 

Reklam filimində Mercedes S Seriyası tərəfindən evinə aparılan Dieter Zetschenin, sonda BMW i8 Roadster-inə minərək sürətli bir şəkildə yola düşdüyü görülür.

 

Bağlanış səhnəsində isə, BMW-nin Zetsche-ə ünvanladığı "uzun illər boyunca ilhamverici rəqabət üçün təşəkkürlər" mesajına yer verilir.

 

Qeyd edək ki, filmdəki səhnələrdə Zetschenin özü deyil, ona çox bənzəyən bir oyunçu rol alıb. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

BMW-nin bu "hücumuna" Daimler-in cavabı gecikməyib. Şirkətdən verilən açıqlamada, "Bizcə müdirimiz bunun yerinə (filmdəki i8) gerçək at gücünü seçər. Yenə də təqdiriniz və xoş rəqabətiniz üçün təşəkkürlər" ifadəsi istifadə edilərək Zetsche-nin hibrit mühərrikə malik BMW i8 Roadster istifadə etməyəcəyinə eyham edilib.

23.05.2019 10:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ