Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Turizm və Menecment Universitetinin tələbələri “İnvest-Az” şirkətində olublar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Turizm və Menecment Universitetinin tələbələri “İnvest-Az” şirkətində olublar

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) biznes idarəçiliyi fakültəsinin maliyyə ixtisasının bir qrup tələbəsi “İnvest-Az” şirkətində olub.

 

Reklam_3_11

ATMU-dan  bildirilib ki, görüşün məqsədi sənaye nümayəndələri ilə əməkdaşlıq çərçivəsində maliyyə bazarları barədə ətraflı məlumat əldə etməkdir.

 

“Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin idarə heyətinin sədri Ceyhun İbrahimov fəaliyyət istiqamətlərindən danışıb və tələbələrlə görüşdən məmnunluğunu bildirib.

 

“İnvest-Az” şirkətinin tədris meneceri Rövşən Məmmədov maliyyə bazarlarında aparılan əməliyyatların xüsusiyyətləri, zəruri və spekulyativ əməliyyatlararası fərqlər, spekulyativ əməliyyatlar zamanı əldə edilən iştirakçı gəlirlərinin formalaşması prosesi barədə məlumat verib. O, makroiqtisadi göstəricilərin müvafiq maliyyə alətlərinə, əmtəələrə, fond alətlərinə, eləcə də valyutalara birbaşa təsirinin necə müəyyən olunduğunu detallarla izah edib. Həmçinin bazarların səmərəli fəaliyyətinin proqnozlaşdırılmasında rəqəmlərin oxunması və iqtisadi təqvimdə əks olunan məlumat ardıcıllığının başlıca xüsusiyyətlərini diqqətə çatdırıb.

 

Görüşdə tələbələrə onların analitik təhlilçi kimi formalaşmaları üçün iqtisadi xəbər agentlikləri tərəfindən yayımlanan gündəlik məlumatları daim izləmələri tövsiyə olunub.

23.05.2019 12:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ