Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Azərişıq” - satışdan gəliri artsa da mənfəəti azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərişıq” - satışdan gəliri artsa da mənfəəti azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərişıq” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 2 milyard 237 milyon 826 min manat təşkil edib. 

 

Reklam_3_11

Qurumun maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 9,4% çoxdur. 

 

2018-ci ildə səhmdar cəmiyyətinin uzunmüddətli aktivləri 14,5% artaraq 2 milyard 6 milyon 145 min manata çatıb, qısamüddətli aktivləri isə 28,6% azalaraq 170 milyon 681 min manata düşüb. 

 

Ötən il səhmdar cəmiyyətin elektrik enerjisinin satışından gəliri 1 milyard 205 milyon 21 min manat (əvvəlki ilə nisbətən 2,4% çox), satışının maya dəyəri 1 milyard 97 milyon 307 min manat (2% çox), paylama xərcləri 43 milyon 292 min manat (6% çox), inzibati xərcləri 51 milyon 76 min manat (27,8% çox), debitor borclar üzrə dəyərsizləşmə zərəri 11 milyon 774 min manat (əvvəlki il gəlir olub), sair gəlirləri 48 milyon 510 min manat (65,2% çox), sair xərcləri 1 milyon 258 min manat (49,9% az), xalis maliyyə xərcləri 6 milyon 555 min manat (42,6 dəfə çox), mənfəət vergisi xərci isə 1 milyon 35 min manat (33,2% az) təşkil edib. 

 

Son nəticədə qurum 2018-ci ili 12 milyon 919 min manat mənfəətlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 28% azdır. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report 

23.05.2019 14:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ