Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq Lənkəranda!
® 22 may tarixində Lənkəran Dövlət Universiteti nəzdində Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisinin açılış mərasimi keçirilib.
“Akhundoff Group” şirkəti tərəfindən ən müasir avadanlıqla təchiz olunan ofisdə gənclər üçün sahibkarlıq və informasiya texnologiyaları mövzularını əhatə edən təlimlərin keçirilməsi, onlara müxtəlif layihələrin hazırlanmasında yardım edilməsi nəzərdə tutulub.
Tədbirdə çıxış edən Azercell-in Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya Lənkəran Dövlət Universitetinin rəsmilərinə və “Akhundoff Group” şirkətinin rəhbərliyinə bu təşəbbüsü dəstəklədiklərinə görə təşəkkür edib. Azercell tərəfindən ölkədə sahibkarlıq mühitinin inkişafına töhfə vermək məqsədilə 2009-cu ildə yaradılan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyətindən bəhs edən Nigar Şıxlinskaya, yeni açılan ofisin gənclərə bu sahədə əvəzsiz təcrübə bəxş edəcəyini söyləyib. O, həmçinin regional Barama ofislərinin paytaxt və bölgə universitetlərində təhsil alan tələbələri startap sahəsində bərabər inkişaf imkanları ilə təmin edəcəyini vurğulayıb. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov öz nitqində yeni istifadəyə verilən mərkəzin əsas məqsədinin kənd təsərrüfatı və texnologiyanı birləşdirmək, bu sahədə ixtisaslı kadrlar, proqramçılar yetişdirmək olduğunu bildirib.
Qeyd etmək istərdik ki, Azercell hər zaman gənclərin peşəkar inkişafına və onların mütərəqqi ideyalarının həyata keçirilməsinə xüsusi diqqət ayırıb. Bu istiqamətdə Azercell-in təşəbbüsü ilə yaradılan ölkənin ilk biznes inkubatoru - Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin müstəsna rolu olub. Azercell və Paşa Bankın dəstəyi ilə mərkəz fəaliyyəti boyunca bir çox layihələrin müstəqil şirkətə çevrilməsinə yardım edib, müxtəlif tədbirlər, seminarlar və təlimlər keçirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 d. əvvəl
- 6 d. əvvəl
-
13 d. əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib
- 22 d. əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
18 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 19 saat əvvəl
-
19 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
20 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 21 saat əvvəl