Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın ən böyük bankı 2018-in audit hesabatını dərc etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ən böyük bankı 2018-in audit hesabatını dərc etdi

Azərbaycanın ən böyük bankı “Azərbaycan Beynəlxalq Bankı” ASC 2018-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatını dərc edib. Hesabat “Azərbaycan Beynəlxalq Bankı” qrupunun göstəricilərini əks etdirir. 2018-ci ilin sonuna Qrupa "MBA Moskva" və "ABB-Gürcüstan" bankları, "Beynəlxalq Sığorta Şirkəti", "Azericard" prosesinq mərkəzi, Beynəlxalq Lizinq Şirkəti daxildir. Beynəlxalq Bank bu şirkətlərin 100% sahibidir. Qeyd edək ki, ötən il Bankın səhmdarları “ABB-Gürcüstan” və “Biznes-Rabitə” şirkətinin fəaliyyətinin dayandırılmasına qərar veriblər. “MBA-Moskva”, “Azericard” MMC (prosessinq mərkəzi) və “Beynəlxalq Lizinq” QSC isə fəaliyyətini davam etdirməkdədir.

 

Reklam_3_11

“Marja”, "Ernst & Young" auditor şirkətinin də təsdiq etdiyi maliyyə hesabatına istinadən xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” qrupu 2018-ci ili 298 milyon 676 min manat xalis mənfəətlə başa vurub. Bank 2017-ci ili 826 milyon 399 min manat xalis mənfəətlə bağlamışdı. Xalis mənfəətin azalması 2017-ci ildə restrukturizasiya prosesi ilə bağlı əldə edilmiş birdəfəlik gəlirlərin 2018-ci ilin fəaliyyət nəticələrində olmaması ilə izah edilir.

 

Yeri gəlmişkən, yerli standartlar əsasında hazırlanmış hesabatda göstərilmişdi ki, təkcə "Azərbaycan Beynəlxalq Bankı" ASC 2018-ci ili 425 milyon 841 min manat xalis mənfəətlə başa vurub. Bu iki göstərici arasındakı fərq isə hesabatların fərqli uçot standartları əsasında hazırlanması ilə bağlıdır. Beləliklə, fərq yaradan amillər əsasən ehtiyatların qiymətləndirilməsi, maliyyə alətlərinin ədalətli dəyərinin və s. hesablanmasıdır. Qeyd edək ki, ehtiyatlardan qayıtmalar, aktivlərin dəyərinə görə yenidən qiymətləndirilməsi  və digər məsələlər beynəlxalq  mühasibatlıqda fərqli şəkildə əks olunur.

 

2017-ci ildə faiz gəlirləri 455 milyon 997 min manat ikən, 2018-ci ildə 436 milyon 741 min manata düşüb. Ümumi faiz gəlirlərinin tərkib hissəsi olan müştərilərə verilmiş kreditlərdən faiz gəlirləri isə 236 milyon 818 min manatdan 195 milyon 393 min manata enib. Qrupun qeyri-faiz gəlirləri isə 711 milyon 150 min manatdan 47 milyon 877 min manata geriləyib. Qeyri-faiz gəlirlərinin azalması bankın mövcud biznesi ilə deyil, restrukturizasiya ilə bağlı gəlirlərin bu il olmaması ilə bağlıdır. 2017-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” restrukturizasiyadan 502 milyon 439 min manat qazanc əldə etmişdi.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

31 dekabr 2018-ci il tarixində “Azərbaycan Beynəlxalq Bankı” qrupu 8 milyard 274 milyon manat cəmi aktivlərə malik olub. Aktivlərin azalması nağd vəsaitlərin azalması ilə bağlı olub. Qrup 2017-ci ilin sonunda 9 milyard 74 milyon manat cəmi aktivlərə malik idi.

 

Yerli standartlar əsasında hazırlanmış hesabatda göstərilmişdir ki, 31 dekabr 2018-ci il tarixinə "Azərbaycan Beynəlxalq Bankı"nın aktivləri 7 milyard 932 milyon manat təşkil edib.

 

İllik müqayisədə müştərilərə verilən kreditlər 1 milyard 542 milyon manatdan 1 milyard 674 milyon manata yüksəlib.

 

"Azərbaycan" Beynəlxalq Bankı" ASC-nin nizamnamə kapitalının 91.40%-i Maliyyə Nazirliyinə, 3.76%-i Əmlak Məsələləri Dövlət Komitəsinə, 0.13%-i "Aqrarkredit" QSC-yə, 0.32%-i hüquqi şəxslərə və 4.39%-i fiziki şəxslərə məxsusdur.

23.05.2019 15:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ