Ən yuxarı statik reklam-3_3

Neft kəskin ucuzlaşdı - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft kəskin ucuzlaşdı - YENİLƏNİB

Neft qiymətləri ABŞ-dakı xam neft ehtiyatların artması və ticarət gərginliyinin təsiri ilə düşür. Brent neftinin qiyməti 70 dollardan, ABŞ xam neftinin qiyməti isə 60 dollardan aşağı düşüb.

 

"Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 22:23-ə olan məlumata görə, Brent neftinin qiyməti 5,2% ucuzlaşma ilə 67,47 dollara geriləyib.


TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

ABŞ xam neftinin (WTI) qiyməti isə Mart ayından bəri ilk dəfə 60 dollardan aşağı düşüb. ABŞ xam nefti 6,3% ucuzlaşıb və barelinin qiyməti 57.82 dollara geriləyib.

 

ABŞ-ın neft ehtiyatlarındakı artım təklif çoxluğu narahatlıqlarını artırıb. Eyni zamanda, dünyanın ən böyük iki iqtisadiyyatı (Çin və ABŞ) arasında tam əhatəli bir ticarət müharibəsinin yaşanması neftə olan tələbə mənfi təsir edə bilər.

 

ABŞ-ın neft ehtiyatları keçən həftə 4.7 milyon barel artaraq  2017-ci ilin ortasından bəri ən yüksək səviyyəsinə qalxıb.

 

Analitiklər bildirirlər ki, nə Orta Şərqdə gərginliyin yüksəlməsi, nə də OPEC-in hasilatın azaldılması müqaviləsini uzatması neft qiymətlərini "dar intervaldan" yüksəldə bilmədi. Ticarət müharibəsinin qlobal iqtisadi artım üzərindəki təsirinə dair narahatlıqlar və güclənən dollar neft qiymətlərini məhdudlaşdırır.

23.05.2019 20:24

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ