Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Növbəti dövrlərdə bank sahəsindəki fürsətləri dəyərləndirmək istəyərik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Növbəti dövrlərdə bank sahəsindəki fürsətləri dəyərləndirmək istəyərik"

2018-ci ildə daha çox funksionallığı, xidmət növ ilə yenilənmiş Hesab.az  saytı və mobil tətbiqini istifadəyə verilib. Bəs 2019-cu ildə istifadəçiləri hansı yeniliklər gözləyir?

 

Reklam_3_11

"Hesab.az" portalının sahibi "GoldenPay" ASC-nin İdarə Heyətinin sədri Naina Mehdiyeva "Marja"ya bildirib ki, istifadəçilərin ödənişlərini asanlaşdırcaq yeniliklər davam edəcəkdir:

 

"Bu il parkinq ödənişləri və icbari sığorta satışı təqdim etdik. Sığorta sahəsi üzrə seçimləri artıraraq  əmlak və səyahət sığorta satışını təqdim etməyi planlaşdırırıq. Eyni zamanda bu il bilet satışları, e-ticarət sahələri üzrə də planlaşdırdığımız yeniliklər var. Məqsədimiz istifadəçilərin mümkün qədər ehtiyaclarını tək bir portal üzərində  cəmləşdirməkdir. Bu yöndə planlarımız davam edir".

 

QR BARKOD İLƏ PARKİNQ ÖDƏNİŞİ

 

Hesab.az ötən günlərdə ilk dəfə olaraq QR barkod ilə ödəniş etmək funksiyasını aktivləşdirib:


"Ötən günlərdə biz artıq daha bir yeniliyimiz olan QR barkod ilə parkinq ödənişini istifadəçilərimizin istifdəsinə təqdim etdik. Bu il ərzində və növbəti illərdə QR kod ilə ödəmə üzrə istifadəçilərimizə yeniliklər təqdim etməyi planlaşdırırıq. Bununla bağlı müxtəlif xidmətlər üzrə danışıqlarımız davam edir. Biz də Hesab.az komandası olaraq bu yeniliyin istifadəçilərin həyatlarını daha da rahatlaşdıracağına ümid edirik".

 

HESAB.AZ-IN BANKA ÇEVRİLMƏSİ PLANI 

 

Hesab.az-ın gələcəkdə bank kimi fəaliyyətini davam etdirəcəyi deyilir. Naina Mehdiyeva bildirdi ki, hazırda bank kimi fəaliyyət göstərmək kimi bir plan yoxdur: "Amma növbəti dövrlərdə bu sahə üzrə fürsətləri dəyərləndirmək istəyərik".

 

"İSTİFADƏÇİLƏRİN SAYINDA CİDDİ ARTIM QEYDƏ ALINIB"

 

Şirkətin sədri əlavə etdi ki, Hesab.az istifadəçilərinin  sayında ciddi artım qeydə alınıb: "Hazırda 440 min qeydiyyatlı istifadəçimiz var. Keçən il həm saytımızın, həm də mobil tətbiqimizin yenilənməsindən sonra 100 min yeni qeydiyyatlı istifadəçi Hesab.az istifadəçiləri sırasına qoşulub. 

24.05.2019 05:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ