Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Mərkəzi Bank 200 milyon manat cəlb etmək istəyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank 200 milyon manat cəlb etmək istəyir

Manat daha da qıtlaşacaq

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.

 

"Marja" xəbər verir ki, 13 mart 2017-ci il tarixində keçiriləcək hərracda Mərkəzi Bank tərəfindən kommersiya banklarından 200 milyon manat cəlb edilməsi nəzərdə tutulub.

 

Müddət  14 gün,  faiz dərəcəsi 12,01%-14,99% müəyyən olub.

 

6 mart 2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında təklif 200 milyon manat olsa da, tələb 41,4 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,79% təşkil etmişdi.

 

Qeyd  edək, Mərkəzi Bank depozit hərracları və notların yerləşdirilməsi ilə izafi manat kütləsini dövriyyədən çıxardır. Manatın qıtlaşması Dollar alışını da məhdudlaşdırır (tələbi azaldır) və bu da məzənnənin kəskin qalxmasının qarşısını alır. Qısası, banklarda dolların ucuzlaşması manat çatışmalığı ilə bağlıdır.

10.03.2017 12:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ