Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ETSN Milli Parkların direktoru vəzifəsinə işə qəbul elan edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
ETSN Milli Parkların direktoru vəzifəsinə işə qəbul elan edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Parklara direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edib.

 

Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə yaşı 25-dən yuxarı, ali təhsilli və rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi olan şəxslər iştirak edə bilər.

 

Namizədlərin seçilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyinin, Dövlət Turizm Agentliyinin və Zoologiya İnstitutunun mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçiriləcək.

 

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak edən namizədlər sahəvi biliklər, idarəetmə bacarığı, ümumi dünya görüşü, kollektivlə iş bacarığı, sahə üzrə beynəlxalq bilik və iş təcrübəsi, natiqlik, kompyuter bilikləri meyarları üzrə qiymətləndiriləcək. Təbiət elmləri üzrə elmi dərəcəsi olanlara üstünlük veriləcək.

 

Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini (kadrların şəxsi uçot vərəqəsi və tərcümeyi hal) 2019-cu ilin 31 may tarixinədək Nazirliyin İnsan Resurslarının İdarə Edilməsi Şöbəsinə təqdim etməlidir.

 

Müraciət etmək istəyənlər Nazirliyin internet səhifəsinin (eco.gov.az) elanlar bölməsindən və ya (012) 538-84-89 nömrəli telefonla əlaqə saxlamaqla daha ətraflı məlumat ala bilərlər.

24.05.2019 08:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ