Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

96 mənzilli binanın tikintisi tamamlanır - şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
96 mənzilli binanın tikintisi tamamlanır -  şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakının Nizami rayonunda, B.Çobanzadə küçəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa etdirilən 96 mənzilli yaşayış binasında da artıq son tamamlama işləri aparılır.

 

Nazirliyin yaydığı məlumatda bildirilir ki, yaşayış binasında sakinlərin rahat yaşayışı, asudə vaxtlarının təşkili, həmçinin əlilliyi olan sakinlərin maneəsiz hərəkət imkanlarına malik olmaları üçün müasir tələblərə uyğun şərait yaradılır. Burada nasosxana binası da inşa edilib, qazanxananın tikintisi, su, kanalizasiya, qaz, elektrik, rabitə təchizatı işləri başa çatmaqdadır. Binanın həyətində abadlıq və yaşıllaşdırma işləri də nəzərdə tutulub.

 

3 bloklu,12 mərtəbəli binadakı mənzillərin 36-sı 1 otaqlı, 48-i 2 otaqlı, 12-si 3 otaqlıdır.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Ötən il şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil, bu günədək isə 6654 mənzil təqdim edilib.  

 

2019-cu ildə isə bu kateqoriyalara aid vətəndaşlara azı 800 mənzilin verilməsi nəzərdə tutulub.

24.05.2019 09:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ