Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Bank Avrasiya”nın ipoteka portfelində ikiqat artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank Avrasiya”nın ipoteka portfelində ikiqat artım
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci il ərzində “Bank Avrasiya” ASC-nin cəmi müştərilərə verdiyi kreditlər 11 milyon 590 min manat və ya 15,6% artaraq 85 milyon 604 min manata çatıb.

 

“Marja” “Bank Avrasiya”nın 31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına Uyğun Hazırlanmış Maliyyə Hesabatına istinadən xəbər verir ki, ötən il korporativ kreditlər 965 min manat və ya 1,4% artaraq 69 milyon 257 min manata, fiziki şəxslərə verilmiş ipoteka kreditləri 12 milyon 242 min manat və ya 2 dəfədən çox (114%) artaraq 22 milyon 938 min manata, istehlak kreditləri 1 milyon 116 min manat və ya 30,8% artaraq 4 milyon 735 min manata çatıb.

 

Fiziki şəxslərə verilmiş sahibkarlıq kreditləri isə 4 milyon 565 min manat və ya 61,5% azalaraq 2 milyon 852 min manata, avtomobil alışı kreditləri isə 634 min manat azalaraq 613 min manata düşb.

 

XALİS MƏNFƏƏTİ ARTIB

 

Auditorun hesabatına görə, “Bank Avrasiya” 2018-ci ili 4 milyon 732 min manat xalis mənfəətlə başa vurub. Bank 2017-ci ili 3 milyon 267 min manat xalis mənfəətlə bağlamışdı. Mənfəətin artması ehtimal olunan kredit zərərlərinin qaytarılması üçün yaradılan ehtiyata ayırmanın azalması ilə bağlıdır. 2017-ci ildə faiz gəlirlərinin 3 milyon 521 min manatı ehtiyata ayrılmışdı. Ötən isə ehtiyatın 578 min manatı azad olaraq gəlirə əlavə edilib.

 

GƏLİRLƏRİ AZALIB

 

Bankın faiz gəlirləri 2017-ci ildə 12 milyon 416 min manat ikən, 2018-ci ildə 12 milyon 86 min manat, haqq və komissiya gəlirləri isə 1 milyon 482 min manat ikən, ötən il 1 milyon 174 min manat təşkil edib.

 

BANK BÖYÜYÜK

 

31 Dekabr 2018-ci il tarixində "Bank Avrasiya" ASC 168 milyon 791 min manat cəmi aktivlərə malik olub. Bank 2017-ci ilin sonunda 155 milyon 123 min manat cəmi aktivlərə malik idi. 

24.05.2019 09:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ