Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“AS Tikinti” qalib oldu - 20 MİLYON MANATA BİNALAR TİKƏCƏK

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AS Tikinti” qalib oldu - 20 MİLYON MANATA BİNALAR TİKƏCƏK
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

MİDA növbəti dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində 22 milyon manata yaxın özəl investisiya cəlb edəcək


 

Azərbaycan Respublikası Prezidentinin 06.12.2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilən tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi dövlət-özəl tərəfdaşlığı layihələrini davam etdirir.

 

Agentlikdən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, dövlət tərəfindən maliyyələşmənin minimuma endirilməsi və özəl tikinti-investisiya şirkətlərinin əməkdaşlığa cəlb edilməsi məqsədilə keçirilmiş investisiya müsabiqəsinin qalibi “AS Tikinti” MMC (www.asgroup.az)  Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha ərazidə 6 ədəd çoxmənzilli yaşayış binasının tikintisi üçün investisiya qoyuluşunu reallaşdıracaqdır. Bu binaların tikintisi üçün investisiyanın ümumi həcminin 20 milyon manata yaxın təşkil edəcəyi nəzərdə tutulur.

 

Müsabiqənin qalibi olan investor “MİDA” MMC-nin sifarişi ilə hazırlanmış və müvafiq qaydada dövlət ekspertizasından keçirilmiş layihə-smeta sənədlərinə uyğun olaraq tikintini aparmaq,  tikinti işlərinin gedişi zamanı kompleksin ərazisində olan mühəndis-kommunikasiya sistemindən və müvafiq infrastrukturdan yararlanmaq imkanını əldə edir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Müsabiqə şərtlərinə əsasən, investor tərəfindən inşa olunacaq 6 binada (2-si 12 mərtəbəli, 4-ü 9 mərtəbəli) yerləşən mənzillərdən 100-ü (6-sı 1 otaqlı, 36-sı 2 otaqlı, 58-i isə 3 otaqlı) Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına veriləcək və “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq. Qalan mənzillər investor tərəfindən onları bazar qiymətləri ilə almaqda maraqlı olan şəxslərə satılacaq.

 

“AS Tikinti” MMC Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında  15,4 ha ərazidə çoxmənzilli yaşayış binalarının tikintisi üçün investisiya qoyuluşunu həyata keçirəcək ikinci investordur.

 

Bundan öncə “Kristal Abşeron MTK” (www.kristalabsheron.az) 12 ədəd çoxmənzilli yaşayış binasının tikintisi üçün keçirilən investisiya müsabiqəsinin qalibi olmuşdur.

 

Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha torpaq sahəsində inşa olunan Yaşayış Kompleksinin, həmçinin Hövsan Yaşayış Kompleksinin ərazisində telefon, televiziya və internet xətlərinin çəkilməsi və sakinlərə müvafiq xidmətlərin göstərilməsi üzrə keçirilmiş investisiya müsabiqəsinin qalibi isə “ENGİNET” MMC (www.enginet.az) olmuşdur. Bu şirkət tərəfindən yaşayış massivlərinin ərazisində müvafiq kommunikasiya infrastrukturunun yaradılmasına 1,5 milyon manatdan çox investisiya cəlb ediləcək.

 

Xatırladaq ki, dövlət-özəl tərəfdaşlığı layihələrinin reallaşdırılması nəticəsində MİDA tərəfindən artıq 5 özəl investor cəlb olunmuşdur.

24.05.2019 10:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ