Mobil manşet üstü reklam_21

"Bu il bal bol olacaq, şirkətlər ixrac istiqamətində fəaliyyətlərini artıra bilərlər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bu il bal bol olacaq, şirkətlər ixrac istiqamətində fəaliyyətlərini artıra bilərlər"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qubalı arıçılar bu il təsərrüfatlarından ikiqat məhsuldarlıq gözləyir.

 

Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Aydın Qədiməliyev bu il rayondakı arıçılıq təsərrüfatlarından 300 tondan çox bal əldə ediləcəyini proqnozlaşdırdıqlarını bildirir. Ötən il isə bu rəqəm 150 ton təşkil edib.

 

“Dövlət tərəfindən subsidiyanın verilməsi hər bir arıçını təsərrüfatını genişləndirməyə sövq edir. Bu da ölkəmizdə məhsul bolluğunun yaranmasına gətirib çıxarır. Mən ixracla məşğul olan şirkətlərə səslənərək bildirmək istəyirəm ki, bu il bal bol olacaq. Ona görə də Azərbaycandan xaricə bal ixracı istiqamətində fəaliyyətlərini artıra bilərlər”, - deyə A.Qədiməliyev söyləyib.

 

Quba rayonunun əlverişli təbii-iqlim şəraiti, zəngin yem ehtiyatları və qiymətli cinslərə malik arı genofondu arıçılığın inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Hazırda rayondakı təsərrüfatlarda 20 minə yaxın arı ailəsi saxlanılır.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

24.05.2019 12:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ