Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Bank of Baku"nun 87 müştərisi “Kartla ödə, Kartla qazan!” lotereyasının qalibi oldu!

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bank of Baku"nun 87 müştərisi “Kartla ödə, Kartla qazan!” lotereyasının qalibi oldu!

® Azərbaycan Respublikasının Mərkəzi Bankının nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə keçirdiyi “Kartla ödə, Kartla qazan!” lotereyası artıq yekunlaşdı.

 

Reklam_3_11

Fevral, mart və aprel aylarını əhatə edən lotereyada ölkə ərazisində fəaliyyət göstərən istənilən bankın plastik kartı ilə ölkədaxilində POS-terminal vasitəsilə minimum 5 AZN dəyərində ödəniş edən 1800 nəfər qalib seçilərək, Mərkəzi Bank tərəfindən 50 AZN pul mükafatı qazandı.

 

Qaliblər sırasında olan 87 nəfər Bank of Baku müştərisi isə əlavə olaraq Bank of Baku tərəfindən mükafat əldə etdi.

 

Belə ki, nağdsız hesablaşmaların artırılması istiqamətində görülən işlərdə hər zaman öndə olan Bank of Baku, lotereyada qalib olan müştərilərinə özəl kampaniyaya start vermişdi. Nəticədə lotereyanın birinci tirajında 32 nəfər, ikinci tirajında 28 nəfər və aprel ayında keçirilən sonuncu tirajda 27 nəfər Bank of Baku müştərisi bankdan əlavə olaraq Bolkart debet + 50 AZN BAL qazandı.

 

Qeyd edək ki, müştərilərin qazandığı BAL-lar onlara pulsuz alış-veriş imkanı qazandıracaq. 1 BAL=1 AZN kimi qiymətləndirilir. Yəni, müştəri Bolkartın istənilən partnyor mağazalarında 50 AZN dəyərində alış-veriş edə bilər.

 

Bolkart debet kart sahibləri eyni zamanda, illik 5% gəlir və alış-veriş zamanı 45%-dək BAL qazanma üstünlüyündən də faydalanacaqlar.

 

Bank of Baku-nun keçirdiyi məhsul, xidmət və aktiv kampaniyaları haqqında ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya Bankın rəsmi Facebook səhifəsinə - www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq olar.

 

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com  

www.facebook.com/bankofbaku

24.05.2019 13:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ