Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Nazir Ramin Quluzadə “Rosatom” şirkətilə danışqlar aparıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir Ramin Quluzadə “Rosatom” şirkətilə danışqlar aparıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri cənab Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiyanın nüvə enerjisi üzrə dövlət korporasiyası  “Rosatom”un nümayəndə heyəti arasında görüş olub. 

 

Nazirlikdən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, 360 təşkilatı özündə birləşdirən nüvə enerjisi üzrə beynəlxalq korporasiya şirkəti və Azərbaycan tərəfinin rəsmiləri ümumi əlaqələrin durumu, gələcək perspektiv üzrə müzakirələrin keçirilməsi haqqında danışıqlar aparıblar.

 

Tərəflər  nüvə elmləri, nüvə və radiasiya texnologiyaları, nüvə enerjisindən dinc məqsədlərlə istifadə və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə  ediblər.  

 

Görüşdə Rusiya tərəfindən “Rosatom” şirkətinin direktor müavini Spasskiy Nikolay Nikolayeviç, Merten Aleksandr Aleksandroviç və “Rusatom” Beynəlxalq Şəbəkəsinin direktoru iştirak edib.

 

Görüş zamanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  Milli Nüvə Tədqiqatları Mərkəzi ilə “Rosatom”  dövlət  korporasiyasının qurumları arasında kadr hazırlığı, nüvə-elmi tədqiqatlar işinin aparılması və gələcək perspektivlər müzakirə edilib. 

 

Danışıqların əsas mövzusu  “Rosatom” şirkəti ilə Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzi arasında nüvə fizikası və reaktoru sahəsində mütəxəssisin hazırlanması, gələcəkdə bu işlərin genişləndirilməsi olub. 

 

Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzinin böyük nüvə reaktoru və digər avadanlıqların olmadığını nəzərə alaraq “Rosatom” şirkətinin qurumları ilə bu istiqamətdə geniş işlər görüləcəyi qərara alınıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Bundan başqa milli nüvə, elmi tədqiqat  obyektlərinin qurulması, iki şirkət arasında bu  istiqamətdə qarşılıqlı memorandumun diplomatik qaydada imzalanması məsələsinə də toxunulub.

 

Növbəti mərhələdə “Rosatom” şirkətinin  böyük nümayəndə heyətinin Azərbaycana gəlişi  və  nüvə konfransının keçirilməsi planlaşdırılır. Azərbaycanlı mütəxəssislərin mütəmadi olaraq “Rosatom” şirkətinin keçirdiyi layihələrdə iştirakı və təcrübə mübadiləsi nəzərdə tutulub. 

24.05.2019 15:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ