Unibank filialları şənbə günü də müştərilərin xidmətində olacaq
(®) “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın operativ icrası ilə əlaqədar olaraq, Unibank filialları gücləndirilmiş iş rejimində fəaliyətini davam etdirir. Müştərilərin kompensasiyalarını rahat və sürətli şəkildə alması üçün bu şənbə (25 may tarixində) Unibankın Abşeron və Region filialları səhər saat 10.00-dan 14.00-dək işləyəcək.
Prezident fərmanının daha operativ icrası məqsədi ilə prosesin başladığı ilk gündən Unibankın bütün filial əməkdaşları kompensasiya ödənişini həyata keçirməyə yönləndirilib. Kompensasiya ödənişlərinin bütün filial əməkdaşları tərəfindən həyata keçirilməsi davam etdirilir.
İndiyədək Unibank müştərilərinin böyük əksəriyyəti kompensasiya ödənişlərini əldə edib. Qeyd edək ki, ödəniləcək kompensasiyanın həcmi və fərmanın əhatə etdiyi müştəri sayı baxımından Unibank ilk yerdədir.
Kompensasiya hesablanmış şəxslər siyahısında olan və indiyədək kompensasiya məbləğini götürməyən Unibank müştəriləri, şənbə günü saat 14.00-dək bank filialına yaxınlaşıb, ona hesablanan vəsaiti rahat şəkildə əldə edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
4 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 5 saat əvvəl
-
5 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
6 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl