Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“ASAN Viza” yanvarın 10-da istifadəyə veriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“ASAN Viza” yanvarın 10-da istifadəyə veriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“ASAN Viza” portalı 2017-ci il yanvarın 10-dan tam istifadəyə veriləcək.

 

Bu barədə “ASAN Viza” portalının təqdimat mərasimində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov məlumat verib. O bildirib ki, "ASAN Viza" vasitəsilə əcnəbilər evlərindən çıxmadan, növbə gözləmədən, sənədlər toplamadan onlayn şəkildə müraciət edərək viza ala biləcəklər.



Dövlət Agentliyinin sədri qeyd edib ki, ölkədə qalma müddətini 30 günədək müəyyən edən birdəfəlik elektron vizanı almaq üçün portala müraciət edən şəxs ödəniş etdikdən sonra viza 3 iş günü müddətində elektron poçt ünvanına göndəriləcək.



Viza üçün dövlət rüsumu 20 ABŞ dollarıdır. Bu rüsum vizaya baxılması üçün tələb olunur və heç bir halda geri qaytarılmır. Elektron viza müraciətlərinin bir nəfərlik, ailə (ən az 2, ən çox 10 nəfər) və qrup şəklində (ən az 10, ən çox 300 nəfər) edilməsi nəzərdə tutulur.

©APA

16.12.2016 08:48

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ