Ən yuxarı (mobil)-2_30

Huawei-nin qurucusundan yeni açıqlamalar - "5G atom bombası deyil"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Huawei-nin qurucusundan yeni açıqlamalar - "5G atom bombası deyil"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Huawei-nin yaydığı açıqlamada şirkətin qurucusu Ren Zhengfei-nin fikirlərinə yer verilib.


 

Huawei-nin qurucusu Ren Zhengfei, ABŞ-ın qanunlarla idarə olunan bir ölkə olduğunu, şirkətlərin də qanunlara əməl etməsi lazım olduğunu bildirərək, ABŞ şirkətlərinin Huawei ilə eyni əziyyəti çəkdiyini bildirib. 

 

"Marja" xəbər verir ki, Zhengfei, ABŞ-ın kampaniyasının çox təsirli olmayacağını və ABŞ-lı siyasətçilərin Huawei-nin güclü tərəflərini unutduqlarını qeyd edərək, "Bu mühitdə ABŞ şirkətlərini günahlandırmamağımız lazımdır. Hazırda Huawei və bu şirkətlər eyni əziyyəti çəkirlər. Hamımız eyni bazar iqtisadiyyatının oyunçularıyıq. Hər ölkənin öz mənfəətləri vardır. Əlbəttə bu müddətdə bəzi sahələrdə zərər görməmiz mümkündür. Bu zərərlər zaman içində kompensasiya ediləcək. Ancaq liderlik etdiyimiz 5G kimi sahələrə əhəmiyyətli bir təsiri olacağını düşünmürəm. Bu sahədə rəqiblərimiz 2-3 ilə belə bizi çata bilməyəcəklər" ifadələrini istifadə edib. 

 

"BİZƏ ÇOX KÖMƏK ETDİLƏR"

 

ABŞ-ın embarqonu 90 günlük təxirəsalma qərarını qiymətləndirən Ren Zhengfei, 90 gündəlik müddətin Huawei üçün çox əhəmiyyətli olmadığını qeyd edib:

 

"Birlikdə çalışdığımız Amerika şirkətlərinə təşəkkür edirəm. 30 illik müddətdə bu günki vəziyyətə gəlməmizdə bizə çox kömək etdilər. IBM və Accenture kimi markalar da daxil olmaqla Huawei-yə məsləhətçilik xidməti göstərən bir çox Amerika şirkəti söz mövzusudur. Bunlardan başqa, uzun illərdir çoxlu sayda ABŞ şirkətilə proqram və təchizat məhsulları üzrə kommersiya əməkdaşlığımız var.

 

Bu son hadisə qarşısında da bütün bu şirkətlərin bizə ədalətlə yaxınlaşdığını hiss edə bilirəm. 5G atom bombası deyil, cəmiyyətə faydası olan bir texnoloji inkişafdır. Google da yaxşı və məsuliyyətli bir şirkətdir. ABŞ hökumətini bu problemi həll etməsi üçün razı salmağa çalışırlar. Bunun üçün uyğun həlləri müzakirə edirik və mütəxəssislərimiz bunun üzərində çalışır".

 

"ABŞ ŞİRKƏTLƏRİ QƏDƏR YAXŞI ÇİPLƏR İSTEHSAL EDƏ BİLƏRİK"

 

Zhengfei, ABŞ şirkətləri qədər yaxşı çiplər istehsal edə biləcəklərini, bunun ABŞ-dan çip almayacaqları mənasını vermədiyini və ABŞ hökumətinin razılıq verməsi vəziyyətində ABŞ-lı tədarükçülərdən çip almağa davam etdirəcəklərini qeyd edib.

 

Zhengfei, sözlərini belə davam edib:

 

"Bu müddətdə iş ortaqlarımızdan kafi səviyyədə tədarük olmasa da problem yaşayacağımızı düşünmürəm, bunun da səbəbi, ehtiyac duyduğumuz bütün əsas çipləri istehsal edə bilməmizdir. Tətbiq etdiyimiz 1+1 siyasəti çərçivəsində, çiplərimizin yarısı ABŞ şirkətlərindən gəlir, yarısı Huawei tərəfindən istehsal olunur. Öz çiplərimizin xərcləri çox aşağı olmasına baxmayaraq, yenə də bu ticarətə davam etməyi seçirik. Dünyadan ayrıla bilmərik, bu ekosistemin bir parçası olmağa davam etməliyik."

 

"ƏLAQƏLƏR ABŞ HÖKUMƏTİNDƏN GƏLƏN BİR KAĞIZ PARÇASI TƏRƏFİNDƏN YOX EDİLMƏYƏCƏK QƏDƏR QİYMƏTLİDİR"

 

Zhengfei, Huawei-nin ABŞ şirkətləri ilə olan yaxın əlaqələrinin hər iki tərəfin on illər davam etmiş səylərinin bir nəticəsi olduğunu qeyd edərək, bu əlaqələrin ABŞ hökumətindən gələn bir kağız parçası tərəfindən yox edilə bilməyəcək qədər qiymətli olduğunun vurğulayıb.

 

"QIZIMI HƏBS ETDİLƏR,.... "

 

Şərtlər əlverişli olduğu müddətcə ABŞ şirkətləri ilə ticarəti davam etdirəcəklərini bildirən Zhengfei, "İnkişaf üçün birlikdə çalışacağıq. ABŞ-lı siyasətçilərin nə düşündüyünü tam olaraq bilmirəm. Ancaq yalnız bir ölkənin texnoloji olaraq qarşısında olduğumuz üçün hədəf taxtasında olmaq doğru deyil. Bu müddətdə qızımı həbs etdilər, uğrlarımızı sarsıtmağa çalışdılar. Amma ailəm məni cəsarətləndirir. Qızım mənə yazdığı məktubda zehni olaraq özünü motivasiya etdiyini bildirib. O çox optimistdir. Bu məni çox rahatlaşdırdı və üzərimdəki təzyiqi yüngülləşdirdi",- əlavə edib.

 

"MƏHDUDİYYƏTLƏR BİZƏ BÖYÜK TƏSİR ETMƏYƏCƏK"

 

Huawei-nin üzləşdiyi məhdudiyyətlərin böyük təsir etməyəcəyini və hər şərtdə xidmət göstərməyə davam edəcəklərini bildirən Zhengfei, sözlərini belə davam etdirib:

 

"Məhdudiyyətlərin əlbəttə təsirləri olacaq, ancaq böyümə indeksinə əhəmiyyətli bir zərər verməyəcək və sənayemizin inkişafına mane olmayacaq. Şirkət olaraq, ABŞ şirkətlərinin komponentlərindən imtina etmək  niyyətində deyilik. Bu müddətdə şirkətimiz böyük bir tədarük çətinliyi çəkməyəcək, buna çox yaxşı hazırlaşmışıq".

 

Huawei məhsulları, nəticə olaraq əmtəədir. İnsanlar istəyərlərsə onları, istəsə digər məhsulları istifadə edərlər. Siyasət bunun xaricində olmalıdır. Huawei yalnız bir şirkətdir. İşimizə popülizmi əsla qarışdırmamalıyıq. Biz qlobal bir şirkətik, bizi dünyada qəbul edən və dəstəkləyən bir çox adam və təşkilat var".

 

"DÜNYADA ƏN GÜCLÜ 5G PATENTLƏRİNƏ SAHİBİK"

 

Zhengfei, dünyanın tanınmış professorlarına böyük miqdarda maliyyə təmin edən bir strateji araşdırma institutuna malik olduqlarını xatırladaraq, "Professor Arıkanın (Türk professor Erdal Arıkan ) məqaləsinin nəşr olunmasından iki ay sonra biz də üzərində çalışaraq, bu işin nə qədər qiymətli olduğunu anladıq. Daha sonra bu araşdırmaya patent müraciəti etməyə başladıq. Minlərlə Huawei işçisi bu araşdırmaya daxil oldu. Bu qaynağı, texnoloji bir standarta çevirmək 10 ilimizi aldı. Dünyadakı ən güclü 5G patentlərinə sahibik ki, bu da sektorun  27%-lik bir hissəsini əhatə edir. Arıkanın daha çox doktor yetişdirə bilməsi üçün də ayrı bir dəstək proqramı icra edirik. Qlobal olaraq araşdırma tərəfində 26 mütəxəssisdən ibarət mərkəzimiz var. Hazırda Huawei-də çalışan 700-dən çox riyaziyyatçı, 800 fizikaçı və 120 kimyaçı var" - ifadələrini istifadə edib.

 

"5G TEXNOLOGİYAMIZ  BAZA STANSİYASI QÜLLƏLƏRİ TƏLƏB ETMİR"

 

Zhengfei, Huawei-nin inkişaf etdirdiyi 5G texnologiyasının qüllə inşası tələb etmədiyini bildirərək, stansiyaların korroziyaya məruz qalmadığını və onlarla il işlədiyini bildirib.

 

5G-nin şəbəkə tutumu baxımından, 4G-dən 20 dəfə, 2G-dən 10 min dəfə daha böyük olduğunu qeyd edən Zhengfei, "5G baza stansiyalarımızın bit başına güc istehlakı, 4G-dən on dəfə daha aşağıdır və ölçü olaraq da 70% daha kiçik, daha yüngül və az qala bir sənəd çantası ilə eyni böyüklükdədir. Bu da 5G avadanlıqlarımızın yeraltı kanalizasiya sistemlərinə belə qurula biləcəyi mənasını verir. Xüsusilə əhəmiyyətli tarixi binalara sahib Avropa bazarları üçün çox uyğun bir variantdır. Avropadakı müştərilərimiz inşaat tələb etməyən 5G baza stansiyalarımızla mühəndislik xərclərini sahə başına 10 min avroya qədər azalda bilərlər",- bildirib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Huawei-nin məlumat və rabitə texnologiyaları sahəsindən başqa sahələrə girməyəcəyini qeyd edən Zhengfei, avtomobil təhlükəsizliyi ilə əlaqədar bir işləri olmadığını, yalnız avtomobil sənayesindəki firmalarla birlikdə  çalışdıqlarını qeyd edib.

24.05.2019 16:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ