Beynəlxalq Bankın defolt reytinqinin proqnozu dəyişdi
Fitch Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıb.
Bankın uzunmüddətli defolt reytinqi (IDR) Sabit proqnozdan Pozitiv proqnoza dəyişdirilməklə “B-” səviyyəsində təsdiqlənib. Bu barədə "Marja"ya eynəlxalq Bankdan bildirilib.
Fitch hesab edir ki, növbəti 12 ay ərzində Azərbaycan Beynəlxalq Bankının kredit profili daha da yaxşılaşacaq. Agentliyin rəyinə görə, bankın uzun və qısamüddətli IDR reytinqləri, həmçinin dayanıqlılıq reytinqi bankın aktivlərinin aşağı risk səviyyəsində olmasını, yüksək likvidliyini və gəlirliliyinin artmasını əks etdirir.
Açıqlamada o da göstərilir ki, 2018-ci ilin nəticələrinə görə bankın kredit portfeli 9% artmışdır. Agentlik ekspertlərinin fikrincə, yeni Strateji Planı üzərində işi başa çatdırıldıqdan sonra bankın kredit portfelinin artımı daha sürətlə davam edə bilər.
Eyni zamanda, bankın aktivlərinin keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması, aşağı maliyyələşmə xərcləri, xərclərin optimallaşdırılması, mənfəətlilik mövqeyinin bərpası bankın kapital göstəricilərini daha da yüksəltmişdir. Beləliklə, Bankın əsas kapitalı Fitch agentliyinin müvafiq metodologiyasına əsasən (Fitch Core Capital) 37% təşkil edib.
Fitch ekspertlərinin təhlillərinə görə, Azərbaycan Beynəlxalq Bankının açıq valyuta mövqeyinin bağlanması halında bankın müvafiq reytinqləri yenidən yüksəldilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat əvvəl
-
12 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
16 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
17 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl