Azərbaycan 1ci rübdə Rusiyaya 17,5 milyon dollarlıq xurma ixrac edib
2019-cu ilin I rübündə Azərbaycan 18 mln. 113,01 min dollar dəyərində təzə xurma ixrac edib. Bu barədə hökumətdən məlumat verilib.
“Yanvar-mart aylarında Azərbaycan 18 mln. 113,01 min dollar dəyərində 23 min 833 ton xurma ixrac edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə xurma ixracı miqdar ifadəsində 1% artıb, dəyər ifadəsində 5,5% azalıb”, - deyə məlumatda bildirilir.
Bu məhsulun əsas ixrac həcmi Rusiyanın payına düşüb. Belə ki, cari ilin I rübündə Rusiyaya 17 mln. 497,31 min dollar dəyərində (azalma 6%) 22 min 442 ton (azalma 0,1%) təzə xurma ixrac olunub. Ümumilikdə, 2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycandan təzə xurma ixracının 94,1%-i RF-nin payına düşüb.
2018-ci ildə Azərbaycan 114 mln. 538,97 min dollar məbləğində 150 min 912 ton təzə xurma ixrac edib. Bu məhsulun əsas ixrac həcmi Rusiyanın payına düşüb. Belə ki, ötən il Rusiyaya 105 mln. 168,89 min dollar dəyərində 127 min 547 ton xurma ixrac edilib.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"2024-cü ildə mənfəəti minimun 20% artırmağı planlaşdırırıq"
-
3 saat əvvəl
“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobillərinin yığılmasına başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"CPM-İnvest İnvestisiya Şirkəti"ndə növbədənkənar ümumi yığıncaq keçiriləcək