Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan 1ci rübdə Rusiyaya 17,5 milyon dollarlıq xurma ixrac edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan 1ci rübdə Rusiyaya 17,5 milyon dollarlıq xurma ixrac edib

2019-cu ilin I rübündə Azərbaycan  18 mln. 113,01 min dollar dəyərində təzə xurma ixrac edib. Bu barədə  hökumətdən məlumat verilib.

 

“Yanvar-mart aylarında Azərbaycan 18 mln. 113,01 min dollar dəyərində 23 min 833 ton xurma ixrac edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə xurma ixracı miqdar ifadəsində 1% artıb, dəyər ifadəsində 5,5% azalıb”, - deyə məlumatda bildirilir.

 

Bu məhsulun əsas ixrac həcmi Rusiyanın payına düşüb. Belə ki, cari ilin I rübündə Rusiyaya  17 mln. 497,31 min dollar dəyərində (azalma 6%) 22 min 442 ton (azalma 0,1%) təzə xurma ixrac olunub. Ümumilikdə, 2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycandan təzə xurma ixracının 94,1%-i RF-nin payına düşüb.

 

2018-ci ildə Azərbaycan 114 mln. 538,97 min dollar məbləğində 150 min 912 ton təzə xurma ixrac edib. Bu məhsulun əsas ixrac həcmi Rusiyanın payına düşüb. Belə ki, ötən il Rusiyaya  105 mln. 168,89 min dollar dəyərində 127 min 547 ton xurma ixrac edilib.

 

© “İnterfaks-Azərbaycan” 

25.05.2019 08:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ