Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan bu ölkəyə 1,6 milyard yatırdı, lider investor oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan bu ölkəyə 1,6 milyard yatırdı, lider investor oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ötən il Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa investisiyaların həcmi 1,645 mlrd. dollar təşkil edib Gürcüstanın Statistika İdarəsinin açıqladığı rəqəmlərə görə, ötən il qonşu ölkənin iqtisadiyyatına cəlb olunan birbaşa investisiyaların həcmi 2015-ci illə müqayisədə 22% çoxdur.

 

Bu məbləğin 32%-i və ya 1,119 mlrd. dolları təkrar investisiyaların payına düşüb.

 

Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa investisiyaların 35%-i və ya 1,069 mlrd. dolları Azərbaycanın payına düşür. İkinci və üçüncü yerləri müvafiq olaraq 17% və 7%-lə Türkiyə və Böyük Britaniya tutur.

 

Birbaşa investisiyaların daha çox yatırıldığı sektorlara gəlincə, hesabat dövründə nəqliyyat və rabitə sektoruna 645 mln. dollar cəlb olunub ki, bu da birbaşa xarici investisiyaların 39%-ə bərabərdir. İkinci yerdə 203 mln. dollarlıq göstərici ilə energetika sahəsi qərarlaşıb. Təxminən 163 mln. dollarlıq birbaşa investisiyanın cəlb olunduğu tikinti sektoru üçüncü yerdədir.

 

© APA

10.03.2017 13:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ