Cəlilabaddan ərəb ölkələrinə ixrac olunur
Bir neçə gündür Cəlilabad rayonunda açıq havada yetişdirilmiş çiyələk yığımına başlanılıb.
Bu il əkin dövründə havaların əlverişli keçməsi məhsuldarlığa da müsbət təsirini göstərib.
Məhsul istehsalçıları yetişdirdikləri məhsulu yerli bazarlarda satmaqla yanaşı, Rusiyaya və ərəb ölkələrinə ixrac edirlər.
Beş ildir ki, rayonda İspaniyadan gətirilmiş yeni növ çiyələk əkilir. Nəticədə, çiyələyin məhsuldarlığı iki dəfədən çox artıb.
Rayonda yeni inşa edilmiş soyuducu anbar 130 tondan çox çiyələk məhsulunun ixrac imkanlarını artırıb. Fermerlər müqavilə əsasında Dubaya, Küveytə 10 tonlarla çiyələk məhsulu ixrac ediblər.
Qeyd edək ki, bu il Cəlilabad rayonunda 500 hektarda çiyələk əkilib. Hər hektardan 200 sentner məhsulun götürülməsi planlaşdırılır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 6 saat sonra
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Baku Steel Company” QSC SAP S/4HANA sisteminin tətbiqi ilə bağlı tender mərhələsinə başlayır
-
8 saat əvvəl
Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
RİNN DGK-dan ölkəyə gətirilən radioelekton vasitələr barədə məlumat alacaq
-
11 saat əvvəl
Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
-
11 saat əvvəl
Azərbaycan dövlət sərhədindən buraxılış məntəqələrinin siyahısında dəyişiklik edilib
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Azərbaycan Sənaye Korporasiyası”nın iki şirkəti birləşdirilir