Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda 9 bankın kredit portfeli azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 9 bankın kredit portfeli azalıb

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 9-nun kredit portfeli illik müqayisədə azalıb.

 

Bunlar "Bank Avrasiya", "Naxçıvan Bank", "Access Bank", "AFB Bank", "Bank VTB Azərbaycan", "Nikoyl Bank", "Atabank", "AGBank" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən çox azalma Pakistan Milli Bankının Bakı filialında (35,4%), ən az azalma isə "Bank Avrasiya"da (0,1%) qeydə alınıb.

 

Qalan 21 bankın isə kredit portfeli artıb. Ən yüksək dinamika "Bank Respublika"da (49,8%), ən aşağı dinamika isə "Bank of Baku"da (1,7%) qeydə alınıb.

 

4 bankın kredit portfeli 1 milyard manatdan çoxdur

 

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün kredit portfeli 1 milyard manatdan çoxdur.

 

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 milyard 937 milyon 769 min manat), "Xalq Bank" (1 milyard 427 milyon 447 min manat), "Kapital Bank" (1 milyard 322 milyon manat) və "PAŞA Bank"dır (1 milyard 269 miylon 689 min manat).

 

Qalan 26 bankdan 1-nin kredit portfeli 500 milyon manat - 1 milyard manat arasında, 20 bankın kredit portfeli 100-500 milyon manat arasında, 3 bankın kredit portfeli 10-100 milyon manat arasında, 2 bankın kredit portfeli isə 10 milyon manatdan azdır. Bunlar Pakistan Milli Bankının Bakı filialı (849 min manat) və İran Milli Bankının Bakı filialıdır (3,733 milyon manat). 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Renkinq

27.05.2019 06:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ