Mobil manşet üstü reklam-3_21

Azərbaycanda kənd təsərrüfatı üzrə daha bir platforma istifadəyə verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda kənd təsərrüfatı üzrə daha bir platforma istifadəyə verildi

 "Aqrobazar" layihəsi"Marcom" Marketinq və Kommunikasiya şirkəti tərəfindən icra olunub.

 

Layihə rəhbəri Rəşid Məmmədovun sözlərinə görə aqrobazar layihəsi ciddi araşdırmaların nəticəsidir:

 

 “Biz bazarda kənd təsərrüfatına aid olan bir çox layihələrin texniki və funksionallığını araşdırdıqdan sonra bu istiqamətdə təkmil bir platforma yaratmağı qərara aldıq. Əsas narahat olduğumuz tərəf işin texniki və marketinq tərəfini formalaşdırmaq üçün doğru tərəfdaş tapmaq idi. Bu istiqamətdə Marcom Marketinq və Kommunikasiya şirkətinin təqdim etdiyi yol xəritəsi bizi daha çox cəlb etdiyi üçün layihəni sözügedən şirkət ilə başlamağa qərar verdik. Hal-hazırda kənd təsərrüfatı ilə maraqlanan şəxslərin platformaya cəlb edilməsi üzrə işlər gedir. Proses çərçivəsində cəlb olunan müştərilərin istəkləri araşdırılır və icrası üçün texniki imkanlar yaradılır. Təqdim etdiyimiz platforma digərlərindən fərqli olaraq özündə təkcə elanlar deyil, həmçinin böyük məlumat bazasını da birləşdirəcək. İstifadəçilər, zaman keçdikcə platformada sektor üzrə daha çox yeniliklərin və əlavə funksionallıqların şahidi olacaqlar”.

 

Aqrobazar layihəsinin proqramlaşdırma və marketinq işlərini icra edən "Marcom" şirkətinin icraçı direktoru Ceyhun Fərzəliyev layihə ilə bağlı gördükləri işlərə diqqət çəkərək bunları söylədi:

 

 “Ölkədə kənd təsərrüfatının inkişafını görmək, bu sahədə yaradılan layihələrə dəstək olmaq bizim üçün sevindiricidir. Tərəfimizdən icra olunan digər layihələr kimi bu layihə də özəl proqramlaşdırma əsasında həyata keçirmişik. Platformanın texniki tərəfində müştəriyə yaratdığımız imkanlar qarşı tərəfə böyük üstünlüklər qazandıracağına inanırıq. Hal-hazırda layihənin marketinq planına uyğun olaraq Google SEO Optimizasiya işlərinə start verilmişdir. Bundan əlavə yeni bölmə və funksionallıqların yaradılması istiqamətində də tərəfimizdən işlər görülməkdədir. Hədəfimiz bu ilin sonuna kimi platformanı daha da təkmilləşdirmək və kənd təsərrüfatı ilə bağlı zəngin platformaya çevirməkdir.

 

Qeyd edək ki, aqrobazar.com layihəsi yaxın zamanda kənd təsərrüfatı istiqamətində fəaliyyət göstərən şirkətlərlə də əməkdaşlığa start verməyi planlaşdırır. Layihə ilə maraqlananlar (050) 359-66-61 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

 

27.05.2019 07:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ