Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"AGBank" STEP IT Academy ilə əməkdaşlıq memorandumu imzalayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"AGBank" STEP IT Academy ilə əməkdaşlıq memorandumu imzalayıb

(®) "AGBank" ASC STEP IT Academy ilə əməkdaşlıq memorandumu imzalayıb.

 

Reklam_3_11

3 əsas ixtisas üzrə (Kompüter qrafikası və dizayn, Proqramlaşdırma, Şəbəkələr və kibertəhlükəsizlik) təhsil verən Akademiya Azərbaycanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq memorandumu imzalayır və tələbələrin əksəriyyəti artıq təhsil müddətində iş yerləri tapırlar. "AGBank" ilə imzalanmış memorandum da tələbələrin "AGBank" tərəfindən işlə təmin edilməsinə imkan yaradacaq.

 

Dünyanın 19 ölkəsində fəaliyyət göstərən STEP IT Academy-də təhsil almış məzunlar həm yerli, həm də beynəlxalq bazarın tələblərinə cavab verən mütəxəssislərdir. Təhsil proqramı dövlət kurrikulum sisteminin tələblərinə uyğun olub, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir.


Kompüter akademiyasında təhsil müddəti 2,5 il nəzərdə tutulub. Tələbələr təhsilini bitirdikdə bu akademiyanın beynəlxalq diplomunu, həmçinin partnyor-şirkətlərin (Microsoft, Cisco və Autodesk) beynəlxalq sertifikatlarını alırlar.

 

Qeyd edək ki, STEP IT Academy Avropa, Asiya, Şimali və Cənubi Amerikanın 19 ölkəsində 66 filiala malikdir. Akademiyanın məzunları Microsoft, IBM, Skype, Cisco, HP, Siemens, Amazon kimi beynəlxalq şirkətlərdə işləyirlər. İmzalanmış memoranduma əsasən, tələbələr Azərbaycanın aparıcı banklarından olan AGBank ASC-də karyera qurmaq imkanını alacaqlar.

27.05.2019 09:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ