Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Milli Depozit Mərkəzi 4 bank ilə saziş imzaladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Milli Depozit Mərkəzi 4 bank ilə saziş imzaladı

Bu gün Bakıda “Baku Boulvard Hotel”də “Azərbaycan kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi – inkişaf perspektivlər” mövzusunda tədbir keçirilib.

 

“Marja” xəbər verir ki, tədbir çərçivəsində Milli Depozit Mərkəzi və 4 bank arasında kollektiv saziş imzalanıb.

 

Sazişi Milli Depozit Mərkəzi İdarə Heyətinin sədri Araz Əliyev, Azər-Türk Bankın İdarə Heyətinin sədri Orxan Hüseynov, PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov, Xalq Bankın İdarə Heyəti sədrinin 1-ci müavini Kamran Məcidov, YapıKredi Bank Azərbaycan-ın İdarə Heyətinin sədri Cenk Yüksəl imzalayıblar.

 

Saziş Azərbaycan qiymətli kağızlar bazarında klirinq və hesablaşmaların beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə bankların klirinq təşkilatının üzvü qismində iştirakını və beləliklə də hesablaşma agenti modelinin tətbiqini nəzərdə turur.

 

Xəbər verdiyimiz kimi, Maliyyə Pazarlarına Nəzarət Palatası (MBNP) və Avstriyaya məxsus “Raiffeisen Bank İnternational” (RBİ) arasında kapital bazarlarının, depozitlər və klirinq-hesablaşma əməliyyatlarının təkmilləşdirilməsi üzə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

İmzalanma mərasimi Bakıda keçirilən “Azərbaycanda kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi – inkişaf perspektivləri” mövzusunda tədbir çərçivəsində baş tutub.

 

Sənədi MBNP-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov və RBİ-nin qiymətli kağızlar xidmətləri qrupunun rəhbəri Atilla Sazalay Berzeviczy imzalayıblar.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Memorandum Palatanın xarici investorları Azərbaycanın maliyyə bazarına cəlb etməsini, bu məqsədlə Milli Depozit Mərkəzi ilə RBİ arasında nominal saxlayıcı hesablarının açılmasını nəzərdə tutur.

27.05.2019 10:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ