Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Boşluqlar aradan qaldırılıb, beynəlxalq maliyyə institutları Manatda qiymətli kağızlar buraxa bilərlər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Boşluqlar aradan qaldırılıb, beynəlxalq maliyyə institutları Manatda qiymətli kağızlar buraxa bilərlər"

"Azərbaycanın qiymətli kağızlar bazarında ilk dəfə olaraq Azərbaycan dövlətinin də üzv olduğu beynəlxalq maliyyə institutları tərəfindən Azərbaycan Manatında qiymətli kağızların emissiyası barədə niyyət bildirilib".

 

“Marja”nı məlumatına görə, bunu, “Azərbaycan kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi – inkişaf perspektivlər” mövzusunda tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov bildirib.

 

Palatanın icraçı sədri qeyd edib ki, qanunvericilikdə, beynəlxalq maliyyə institutlarının Azərbaycanın milli valyutasında qiymətli kağızlar emissiya etməsinə əngəl törədən boşluqlar var idi:

 

“Bu boşluqların aradan qaldırılması üçün qanunvericilikdə 3 fundamental dəyişiklər edildi. Artıq dəyişikliklər bu ilin Fevral ayından qüvvəyə minmişdir. Bu da beynəlxalq maliyyə institutlarının Azərbaycanda ilk dəfə milli valyutada qiymətli kağızlar emissiya etməsi üçün şərait yaratmışdır”.  

 

İbrahim Alışıov əlavə edib ki, beynəlxalq maliyyə institutlarının Azərbaycan bazarında milli valyutada emissiya edəcəyi qiymətli kağızlar hesabına kiçik və orta biznesin aşağı faizli maliyyə resurslarına çıxışı asanlaşacaq. Eyni zamanda, bu hadisə, Azərbaycanın kapital bazarında yeni səhifə açacaqdır.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Asiya İnkişaf Bankı (AİB) Azərbaycan Manatında istiqrazlar buraxmağa hazırdırlar. Artıq Asiya İnkişaf Bankı (ADB) ilk dəfə Azərbaycan manatında istiqraz buraxmaq planını potensial sərmayəçilərlə müzakirə edib.

27.05.2019 10:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ