Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Qala Sığorta” daha bir regional nümayəndəliyini açıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Sığorta” daha bir regional nümayəndəliyini açıb

“Qala Sığorta” şirkəti müştərilərə göstərilən xidmətin keyifiyyətini daha da artırmaq, eləcə də müşərilərin rahatlığını düşünərək bu dəfə daha bir regional nümayəndəliyinin - Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən nümayəndəliyinin rəsmi açılışını qeyd edib.

 

Reklam_3_11

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, nümayəndəliyin açılmasında əsas məqsəd Bərdə və digər ətraf rayonun sakinlərinə “Qala Sığorta” ilə yanaşı “Qala Həyat” sığorta şirkətinin də məhsullarından yararlanma imkanlarını daha asanlaşdırmaqdır.

 

“Qala Sığorta” şirkətinin rəsmiləri açılışda çıxış edərək bildiriblər ki, şirkət nümayəndəlik və filial şəbəkələri vasitəsi ilə öz məhsullarını təqdim etməklə vətəndaşların sığortadan yararlanması üçün rahat və əlçatan şərait yaradır. Məhz belə bir fürsətdən istifadə edərək Bərdə və ona qonşu rayonların əhalisi yeni  nümayəndəliyə yaxınlaşmaqla avtomobillərini, evlərini, hətta öz həyatlarını belə sığortalaya bilərlər.

 

Bildirilib ki, məqsəd ölkənin bütün regionlarında təmsil olunmaqla vətəndaşlarımıza həyat və qeyri-həyat sığortası məhsulları üzrə keyfiyyətli və operativ xidmətlər göstərməkdir.

 

Qeyd edək ki, ötən ilin əvvəlindən indiyədək Lənkəran, Gəncə, Sumqayıt, Tovuz nümayəndəliklərinin, həmçinin Bakıda “Mərkəz filialı”nın rəsmi açılışları olub.

 

Şirkətin strategiyasına uyğun olaraq, ilin sonunadək müxətlif regionlarda daha bir neçə nümayəndəliyin açılışını planlaşdırılır.

 

Qeyd edək ki, açılış mərasimidə şirkətin baş ofisinin işçi qrupu ilə yanaşı digər qonaqlar da iştirak edib.   

 

Xatırladaq ki, yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC olan “Qala Sığorta” şirkəti müştərilərinə bir filial və 10 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.

27.05.2019 11:07

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ