Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda dollarla əməliyyatların həcmi 3,4 dəfə azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda dollarla əməliyyatların həcmi 3,4 dəfə azalıb

2017-ci ilin yanvar ayında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb.

 

Reklam_3_11

Mərkəzi Bankın statistikasına görə, 2016-cı ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə xarici valyuta əməliyyatlarının həcmi 3,27 dəfə  azalıb.

 

Son 1 ildə ABŞ dolları ilə əməliyyatların həcmi 3,41 dəfə azalıb. Başqa sözlə, yanvarda  ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 179 mln. 751,9 min ABŞ dolları olubsa, 2016-cı ilin yanvarında 612 mln. 494,7 min manat təşkil edib.

 

Bu ilin yanvar ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı

121 mln. 516,3 min ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 3,23 dəfə azdır. Ötən ay nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 58 mln. 235,6 min ABŞ dolları alınıb. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 3,77 dəfə azdır.

 

2016-cı ilin yanvarı ilə müqayisədə ötən ilin eyni dövrü ilə müqayisədə avro ilə əməliyyatların həcmi isə 1,95 dəfə azalıb. Başqa sözlə, yanvarda avro ilə mübadilə əməliyyatlarının həcmi 18 mln. 134,2 min avro olubsa, 2016-cı ilin eyni dövründə bu göstərici 35 mln. 298,9 min avro təşkil edib.

 

Ötən ay nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 12 mln. 555,8 mln. avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 2,22 dəfə azdır. Hesabat dövründə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 5 mln. 578,4 min avro alınıb. Bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 25,33% azdır.

 

© APA

 

10.03.2017 14:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ