Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Beynəlxalq Bankdan yeni kart məhsulu: “Yuventus” co-brand kartı!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankdan yeni kart məhsulu: “Yuventus” co-brand kartı!

(®) Dünyada, o cümlədən ölkəmizdə də kifayət qədər azarkeşə malik İtaliyanın “Yuventus” futbol klubunun regional partnyoru olan Azərbaycan Beynəlxalq Bankı klubla müştərək brendləşdirilmiş (co-brand) Mastercard Platinum debet kartlarını bazara təqdim edib.

 

Reklam_3_11

Bank bu kartların öncədən satışına başlayıb. Xüsusi dizayn və özəlliklərə malik kartları müştərilər bu link vasitəsilə əvvəlcədən sifariş edə bilərlər: https://www.ibar.az/az/yuventus/

 

Kartlar onları öncədən sifariş etmiş sahiblərinə 24 iyun tarixindən etibarən təqdim edilməyə başlanacaq. Co-brand kartları AZN, USD və EUR hesabında açdırmaq olar.

 

3 il müddətinə nəzərdə tutulmuş bu kartların sayı məhdud  - cəmi 3 min ədəd olacaq. Kart müddəti 3 il, xidmət haqqı isə cəmi 30 manatdır. Müştərilər bu kart vasitəsilə istədikləri ödəniş əməliyyatlarını həyata keçirə bilərlər. Ən əsası, kartla Azərbaycan Beynəlxalq Bankının ATM-lərində nağdlaşdırma zamanı heç bir komissiya haqqı tutulmur.

 

Kart  “cash-back” funksiyasına da malikdir. Bütün alış-veriş məkanlarında bu kartla aparılan ödənişlərin 1%-i “cash-back” olaraq müştərinin kartına geri qayıdır. Azərbaycan Beynəlxalq Bankının “Xərclədikcə gəlir” sloqanı ilə reallaşdırdığı “Qayğıkeş” layihəsi çərçivəsində isə bankla tərəfdaş məkanlarda bu kart və bankın POS terminalları ilə aparılmış ödənişin 5%-dən 40%-dək hissəsi elə yerindəcə müştərinin hesabına geri ödənir. Kart Azərbaycan Beynəlxalq Bankının SMS Xəbərdarlıq sisteminə pulsuz qoşulur. Üstəlik, bu kartla “Yuventus” futbol komandasının rəsmi internet səhifəsində edilən hər bir alış-veriş məbləğinə 2% “cash-back” geri qayıdır.

 

Azərbaycan Beynəlxalq Bankı və “Yuventus”un co-brand kartlarını əvvəlcədən sifariş etməyinsə başqa bir üstünlüyü də var. Bank yaxın zamanlarda müxtəlif uduş kampaniyaları keçirərək bu kartla ödənişlər aparan müştərilərini mükafatlandıracaq.

27.05.2019 12:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ