Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Nar” “Youth Speak” Forumunda iştirak edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Nar” “Youth Speak” Forumunda iştirak edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Gənclərin inkişafına hər zaman xüsusi diqqət ayıran “Nar”, mayn 26-da Bakı Ali Neft Məktəbində keçirilmiş “Youth Speak” beynəlxalq forumunda iştirak edib.

 

Reklam_3_11

Dünyanın 100-dən çox ölkəsində, eləcə də Bakıda keçirilən forum Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradılan Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təşviqi məqsədilə təşkil olunub və daha çox insanın, xüsusilə də gənclərin bu məqsədlər haqqında məlumatlılığını artırmağı hədəfləyir. Dayanıqlı inkişaf dedikdə, gələcək nəsillərin öz ehtiyaclarını qarşılamaq imkanına xələl gətirmədən, bugünkü ehtiyacların qarşılanmasına imkan verən inkişaf nəzərdə tutulur. Qeyd edək ki, forum “AIESEC Azerbaijan” və Gənclər Fondunun dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının davamlı inkişaf məqsədlərinə töhfə vermək məqsədilə keçirilib.

 

Forumda rəsmi spiker qismində iştirak edən “Nar”-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov "Layiqli Əmək və İqtisadi Artım" mövzusunda çıxış edərək gənclərlə uğurlu karyera qurmağın yollarını müzakirə edib və davamlı şəxsi inkişafın bu istiqamətdəki əhəmiyyətini vurğulayıb.

 

“Youth Speak” forumunda həmçinin, "Gender Bərabərliyi" və "İnnovasiyalar” mövzusunda da müxtəlif peşələri təmsil edən mütəxəssislər tərəfindən təqdimatlar edilib. Qeyd edək ki, gənclərə, təhsilə dəstək vermək “Nar”-ın Korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir.

27.05.2019 14:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ