Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İpoteka üçün 20 milyon manat cəlb edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
İpoteka üçün 20 milyon manat cəlb edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

10 mart 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu ASC-nin faizli adlı sənədsiz təmin edilmiş ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilmişdir. Hərraca çıxarılan istiqrazların (ISIN nömrəsi AZ2011008681) nominal qiymətlə həcmi 20 000 000 manat təşkil etmişdir.

 

Hərrac zamanı sifarişlərin qəbulu Bakı Fond Birjasının ticarət reqlamentinə əsasən saat 11:00-dan 12:30-dək həyata keçirilmişdir.

 

İsiqrazların buraxılış şərtlərinə əsasən hərrac qiyməti 1003.5000 AZN təyin edilmişdir.

 

İsiqrazlar üzrə toplanmış tələbin həcmi nominal qiymələ 20 000 000 AZN təşkil etmişdir. Hərraca çıxarılmış istiqrazlar tam həcmdə yerləşdirilmişdir.

 

Yerləşdirmənin anderrayteri qismində birja üzvü Paşa Kapital İŞ QSC çıxış edir.

 

İstiqrazların ödəmə tarixi 06 dekabr 2026-cı ildir.

10.03.2017 14:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ