Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Gilan Holding” şirkətlərarası mini futbol turniri keçirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Gilan Holding” şirkətlərarası mini futbol turniri keçirir

(®) 28 May - Respublika Günü münasibətilə ölkəmizin aparıcı holdinqlərindən biri olan “Gilan Holding”, Azərbaycanda fəaliyyət göstərən şirkətlər arasında “Gilan Kuboku” mini futbol turniri təşkil edir.

  
Tariximizin şərəfli və əlamətdar gününə həsr olunmuş turnirin əsas məqsədi ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlərin əməkdaşlarının idmana, sağlam həyat tərzinə marağın artmasına, həmçinin şirkətlər arasında dostluq əlaqələrin möhkəmlənməsinə töhfə verilməsidir.


Turnirdə “Gilan Holding”-in komandası daxil olmaqla 16 komanda birinci yer uğrunda mübarizə aparacaq. Bu ilin iyun ayında start götürəcək turnir iqtisadiyyatın müxtəlif sektorlarında uğur qazanmış şirkətlərin həvəskar komandaları arasında gərgin mübarizə, xoş ünsiyyət və yüksək azarkeş dəstəyi ilə yadda qalacaqdır.  
İyul ayının sonunadək davam edəcək “Gilan Kuboku” mini futbol turnirində ilk 3 yeri tutan komandalar və oyun məharəti ilə seçilən oyunçular xüsusi mükafatlarla təltif olunacaqlar. 

 

28.05.2019 14:21

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ