Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Dövlət büdcəsinə ödənilən vəsaitin “rüşvət” kimi qələmə verilməsi böhtandır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Dövlət büdcəsinə ödənilən vəsaitin “rüşvət” kimi qələmə verilməsi böhtandır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində xaricdən ölkəyə minik avtomobili gətirən şəxsdən qeyri-qanuni vəsaitin alınması barədə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.

 

Reklam_3_11

Dövlət Gömrük Komitəsindən "Marja"ya verilən məlumata görə, şikayətçı olduğu bildirilən şəxsin gömrük orqanına bəyan etdiyi dəyərin miqdarında şübhələr yarandığından Azərbaycan Respublikasının “Gömrük tarifi haqqında” Qanununa uyğun olaraq araşdırmalar aparılıb.

 

Gömrük orqanının şübhələri öz təsdiqini tapdığından nəqliyyat vasitəsinin yenidən dəyərləndirilməsi həyata keçirilib və bəyannamədə müvafiq dəyişikliklər edilib.

 

Gömrük əməliyyatları zamanı nəzərdə tutulan bütün ödənişlər isə dövlət büdcəsinə köçürülərək bu barədə həmin şəxsə qəbzlər verildiyindən hər hansı qeyri-qanuni ödəmələrdən söhbət gedə bilməz. Üstəlik vəsaitin birbaşa dövlət büdcəsinə ödənildiyi yazıda da öz əksini tapıb.

 

Dövlət büdcəsinə ödənilən vəsaitin “rüşvət” kimi qələmə verilməsi onu deməyə əsas verir ki, yazı sifariş xarakterildir və məqsəd gömrük orqanlarına qarşı qərəz, böhtan xarakterli məlumatlar yaymaqdır.

 

Onu da qeyd edək ki, “Gömrük tarifi haqqında” Qanunun 11.3-cü maddəsinə əsasən Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Lakin media qurumlarına şikayət etdiyi bildirilən şəxs gömrük bəyannaməsində göstərilən məlumatları təsdiq edərək gömrük orqanının müvafiq düzəlişləri ilə razılaşdığını bildirib.

 

Dövlət Gömrük Komitəsi bir daha media qurumları və nümayəndələrinə Komitənin fəaliyyəti ilə bağlı məlumatları yayımlayarkən rəsmi mövqeyi də öyrənməyi tövsiyə edir.

29.05.2019 12:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ