Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Bank VTB Azərbaycan"ın gözü iri layihələrdə

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bank VTB Azərbaycan"ın gözü iri layihələrdə

"Bank VTB Azərbaycan" Bankı ölkədə həyata keçirilən iri layihələri maliyyələşdirmək üçün yerli banklarla sindikat yaratmaqda, yaxud ana bank vasitəsilə vəsait cəlb etməkdə maraqlıdır.

 

Bunu bankın İdarə Heyətinin sədri Yevgeni Kirin mətbuat konfransında bildirib.

 

“Müvafiq prudensial normalara (bir kreditin kapitaldakı payı – red.) görə yerli banklar Dövlət Neft Şirkəti (SOCAR), yaxud “Azərbaycan Dəmir Yolları” QSC kimi iri qurumların həyata keçirdiyi layihələri maliyyələşdirə bilmirlər. Odur ki, bu məsələ sindikat (kreditin birgə verilməsi -red) kreditlər vasitəsilə həll oluna bilər. İkinci variant kimi, Rusiya, yaxud Avropa banklarından vəsait cəlb edə bilən ana bank vasitəsilə maliyyələşdirmə ehtimalını nəzərdə tuturuq”, – bank rəhbəri deyib.

 

O, hazırda sindikat yaratmaqla bağlı Azərbaycan bank və şirkətlərilə danışıqlar apardıqlarını diqqətə çatdırıb:

 

 “Ətraflı elan etmək istəməzdim, lakin deyə bilərəm ki, danışıqlar aparılır. Kiminləsə konkret qərar qəbulu, kiminləsə hələlik dialoq səviyyəsindədir. Misal üçün, gələn həftə ölkədə bankların biri və borc alanlarla görüş planlaşdırılıb”.

 

Mümkün sövdələşmənin həcminə toxunan "Bank VTB Azərbaycan" rəhbəri yerli banklarla sindikat kredit cəlb etdikdə məbləğin on milyonlarla, ana bank vasitəsilə vəsait cəlb etdikdə isə 50-100 milyon manatdan başlayacağını bildirib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

29.05.2019 12:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ