Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Bank of Baku “ASAN Finans” layihəsinə tam inteqrasiya olundu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank of Baku “ASAN Finans” layihəsinə tam inteqrasiya olundu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

® Təqdim etdiyi məhsul və göstərdiyi xidmətləri ilə müştəri məmnuniyyətini illərdir qoruyub saxlayan Bank of Baku, məhz onların rahatlığını düşünərək Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış “ASAN Finans” layihəsinə tam inteqrasiyanı həyata keçirtdi.

 

Maliyyə təşkilatlarının dövlət informasiya ehtiyatlarına çıxışının təmin edilməsi məqsədi ilə yaradılmış  “ASAN Finans” layihəsi vasitəsilə Bank of Baku, aşağıdakı müştəri məlumatlarını indi daha operativ və çevik şəkildə əldə edəcək:

 

- Biometrik şəxsiyyət vəsiqəsi məlumatlarını;

- Biometrik olmayan şəxsiyyət vəsiqəsi məlumatlarını;

- Mövcud və keçmiş iş yerləri haqqında məlumatları.

 

Bununla da müştərilər bankda lazımi sənədlər üçün əlavə vaxt sərf etmədən fasiləsiz və məsafəsiz xidmət üstünlüyündən istifadə edərək, nağd pul krediti əldə etmə, debet və ya kredit kartlarının rəsmiləşdirilməsi kimi bir çox bank xidmətlərindən rahatlıqla faydalanacaqlar. Nəticə etibarı ilə sənədləşməyə sərf olunan vaxta qənaət olunduğu üçün Bank of Baku tərəfindən kredit rəsmiləşdirilməsi 15 dəqiqəyə qədər azaldılmışdır.

 

Müştərilər bank tərəfindən məlumatların əldə edilməsi üçün razılıq ərizəsi təqdim etməlidir. Ancaq bundan sonra bank müştərilərin məlumatlarını əldə edə bilər.

 

Bank of Baku-nun bu və ya digər yenilik və xidmətləri haqqında məlumatı Bankın 145 Məlumat Mərkəzinə zəng edərək, rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku və ya Bank of Baku-nun rəsmi veb səhifəsinə - www.bankofbaku.com daxil olaraq cavab tapa bilərsiniz.

 

Daha ətraflı:

 

145 Məlumat Mərkəzi

www.bankofbaku.com 

www.facebook.com/bankofbaku

29.05.2019 13:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ