Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

SOCAR Türkiyənin qaz bazarında payını 7%-dək artırmağı planlaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR Türkiyənin qaz bazarında payını 7%-dək artırmağı planlaşdırır

“SOCAR Turkiye Enerji” (SOCAR-ın Türkiyədəki törəməsi) Türkiyənin qaz bazarında payını 7%-ə çatdırmağı planlaşdırır.

 

Reklam_3_11

“Türkiyənin daxili bazarında qaz satışı ilə məşğul olan “SOCAR Gaz” şirkətinin payı 2,5% təşkil edir. Şirkət “Burgaz” və “Kayserigaz” qazpaylama şəbəkələrini almaqla ölkədə qaza olan daxili tələbatı 7%-dək ödəyə biləcək”, - deyə “SOCAR Turkiye Enerji”nin sənədlərində bildirilir.

 

Materiallarda vurğulanır ki, “SOCAR Gaz” Türkliyə bazarında fəaliyyətə 2013-cü ildə başlayıb və 2013-2018-ci illərdə ölkənin qaz bazarında 6 mlrd. kubmetr qaz satıb. Bununla belə, şirkət “Petkim” neft-kimya kompleksinə illik 1,5 mlrd. kubmetr qaz tədarük edir.

 

Daha əvvəl “SOCAR Turkiye Enerji” şirkətinin baş direktoru Zaur Qəhrəmanov bildirmişdi ki, şirkət 2020-ci ildən başlayaraq Türkiyənin daxili bazarında illik 4 mlrd. kubmetr qaz satışı həyata keçirməyi planlaşdırır. İllik 2 mlrd. kubmetr “Bursagaz” və “Kayserigaz” qazpaylama şirkətlərinin abonentlərinə satılacaq. Onların ümumi sayı 1,5 mln. nəfər təşkil edir. Qalan 2 mlrd. kubmetr qazı şirkət Türkiyənin daxili bazarında topdansatış qiymətə satmağı nəzərdə tutur.

 

SOCAR 2019-cu ilin yanvar ayında “EWE A.G” enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən “EWE Turkey Holding”in və qrupa daxil olan şirkətlərin (“Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom”) satın alındığını elan edib.

 

SOCAR tərəfindən “EWE Turkey Holding”in və “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom”un satın alınması üzrə sövdələşmənin dəyəri 140 mln. dollar təşkil edir.

 

“EWE Turkey Holding” “Bursagaz” və “Kayserigaz” ilə Türkiyənin dördüncü ən iri təbii qaz tədarükçüsüdür.

 

Hazırda “SOCAR Turkey Enerji” “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. “Star” neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyasının tikintisini həyata keçirən şirkət, həmçinin daxili bazara qaz tədarük edir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© İnterfaks - Azərbayca

29.05.2019 16:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ