Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Mərkəzi Bank banklara kredit verməyi dayandırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank banklara kredit verməyi dayandırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mərkəzi Bank 2017-ci ilin fevral ayının 1-i tarixinə likvidliyin idarə edilməsi üzrə əməliyyatlarının həcmi və faiz dərəcələrini açıqlayıb.

 

Reklam_3_11

Mərkəzi Bankdan verilən məlumata görə, hesabat dövrünə yenidən maliyyələşdirmənin həcmi 1 mlrd. 519 mln. manat təşkil edib. Yenidən maliyyələşdirmə üzrə faiz dərəcələri 15%-lə verilib.

 

Qeyd edək ki, dekabrda yenidən maliyyələşdirmənin həcmi 2 mlrd. 44,3 mln. manat təşkil edib. Yenidən maliyyələşdirmə üzrə faiz dərəcələri isə 15% təşkil edib. Beləliklə, Mərkəzi Bank Yanvarda da banklara kredit verməyib.

 

Əlavə edək ki, ötən ilin Fevral ayının 1-də yenidən maliyyələşdirmənin həcmi 6 milyard 277,7 milyon manat idi.

 

Xatırladaq ki, Mərkəzi Bank pul siyasətinin həyata keçirilməsi məqsədilə kredit təşkilatlarına yenidən maliyyələşdirmə kreditləri verir. Yenidən maliyyələşdirmə kreditləri banklara 30 günədək, 360 günədək və 360 gündən yuxarı müddətə verilə bilər. 30 günədək yenidən maliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə verilir. 30 günədək yenidən maliyyələşdirmə kreditləri birbaşa və ya dolayı hərraclar vasitəsilə verilir. 30 günədək yenidən maliyyələşdirmə kreditləri Mərkəzi Bankın uçot dərəcəsi ilə faiz dərəcələri dəhlizinin yuxarı həddi arasında müəyyən edilmiş faiz dərəcəsi ilə verilir. Yenidən maliyyələşdirmə kreditləri Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş qiymətli kağızlar (bu siyahı Mərkəzi Bankın internet saytında yerləşdirilir), kredit alan bankın Mərkəzi Bankda ABŞ dolları, Avro və İngilis funt sterlinqində olan müxbir hesablarındakı vəsaitlər qismində aktivlərlə təmin olunmalıdır. 30 günədək yenidən maliyyələşdirmə kreditləri birdəfəlik kredit formasında verilir və müddəti uzadılmır. Təminat hərracın keçirildiyi gündən 5  iş günü ərzində rəsmiləşdirilmədikdə kreditin verilməsindən imtina olunur. 360 günədək yenidən maliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə verilir. 360 günədək yenidən maliyyələşdirmə kreditləri Mərkəzi Bankın uçot dərəcəsi ilə verilir.  360 günədək verilən yenidən maliyyələşdirmə kreditləri dövlət zəmanəti, Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş qiymətli kağızlar (bu siyahı Mərkəzi Bankın internet saytında yerləşdirilir), kredit alan bankın Mərkəzi Bankda ABŞ dolları, Avro və İngilis funt sterlinqində olan müxbir hesablarındakı vəsaitlər, daşınmaz əmlak və qızıl külçə formasında bank metalı qismində aktivlərlə təmin olunmalıdır. Makroiqtisadi vəziyyət nəzərə alınmaqla 360 gündən yuxarı müddətədək yenidən maliyyələşdirmə kreditləri verilə bilər. Bu növ kreditlərin verilməsi barədə qərar Mərkəzi Bankın İdarə Heyəti tərəfindən qəbul edilir. Belə kreditlərin verilməsi şərtləri hər bir halda Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə müəyyən edilir.

© APA, Marja

 

10.03.2017 15:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ