Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan Ümumdünya Turizm Təşkilatının aparıcı komitəsinə üzv qəbul edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Ümumdünya Turizm Təşkilatının aparıcı komitəsinə üzv qəbul edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mayın 28-də Azərbaycan BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) 2019-2021-ci illər üzrə Assosiativ Üzvlük Müraciətlərinə Baxılması üzrə Komitəsinin üzvü seçilib.

 

Reklam_3_11

Dövlət Turizm Agentliyinin yaydığı məlumatda bildirilir ki, Azərbaycanın 2019-2021-ci illər üzrə qeyd olunan komitəyə üzv olması barədə yekdilliklə qərarın qəbul olunması mayın 27-də Xorvatiyanın Zaqreb şəhərində işinə başlayan Ümumdünya Turizm Təşkilatının Avropa Komissiyasının 64-cü sessiyası çərçivəsində baş tutub.

 

Tədbirdə Azərbaycanın İspaniyadakı səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyətində Dövlət Turizm Agentliyini Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Cəmilə Talıbzadə təmsil edib.

 

40-dan çox ölkənin nümayəndələrinin iştirak etdiyi sessiya gündəliyə uyğun olaraq işini mayın 30-dək davam etdirəcək.

 

Məlumat üçün bildirək ki, BMÜTT-ün əsas 6 komitəsindən biri olan Assosiativ Üzvlük Müraciətlərinə Baxılması üzrə Komitəsinə üzvlük seçimi hər iki ildən bir keçirilir.

 

Xatırladaq ki, iyunun 16-18 tarixlərində Bakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası keçiriləcək.

30.05.2019 07:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ