Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

- Səhər saat 09:20-də Mərkəzi Bank Martın 10-na USD/AZN rəsmi məzənnəsini 1.7437 manat səviyyəsində açıqladı.

 

- Saat 09:30-dan başlayaraq banklarda Dolların alış və satış qiymətlərinin düşdüyü  müşahidə olundu, Dollar əsasən 1.76-1.78 manat səviyyələrindən satıldı.

 

- Günortadan sonra da banklarda Dolların məzənnələrinin sürətlə düşdüyü müşahidə olundu.  

 

-5000 dollar limitlə ABŞ valyutası satan Yapı Kredi Bank Azərbaycan, Dolların satış qiymətini 1.7450 manata endiridi. Bu məzənnə bazarda ən aşağı satış məzənnəsi idi.

 

-Limitsiz valyuta satan NBC Bank Dolları 1.7590 manata, GünayBank 1.7570 manata endirdi.

 

-Limitsiz Dollar satan Kapital Bank alış qiymətini 1.73 manatdan 1.72 manata, satış qiymətini isə 1.78 manatdan 1.76 manata saldı.

 

-Dolların satış qiyməti Bank Silk Vey-də 1.76 manatdan 1.7580 manata, Bank BTB-də 1.7650 manatdan 1.7550 manata, AzərTürkBank-da 1.78 manatdan 1.7650 manata düşdü.

 

-Bu gün, bir sıra banklar Dolları əhalidən 1.68-1.70 manat səviyələrindən almağa başladılar. Məsələn, Bank BTB bu gün  dolları 1.68 manata, AcessBank 1.6880 manata, UniBank, Ziraat Bank, Unibank, ExpressBank, Azərbaycan Sənaye Bankı, AFB Bank isə 1.70 manatda alırdı.

 

- Axşam saat 17:05-də Mərkəzi Bank 13.03.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsinin 1,7437 səviyyəsində müəyyən olunduğunu açıqladı

 

 RAHAT MEBEL KREDİTİ!

 

Qeyd edək ki, çoxları manatın bahalaşacağına inanmırlar. Onlara görə, Manatın güclənməsi üçün iqtisadi səbəb yoxdur, Dolların ucuzlaşması, bir “oyundur”. Hələ də çox insan, Mart ayından başlayaraq Dolların bahalaşacağını hesab edir. Bəzi iddialara görə, ABŞ Mərkəzi Bankı Fed Martın 15-də faizi artırarsa Dollar daha da bahalaşacaqdır.

 

Qeyd  edək, Mərkəzi Bank depozit hərracları və notların yerləşdirilməsi ilə izafi manat kütləsini dövriyyədən çıxardır. Manatın qıtlaşması Dollar alışını da məhdudlaşdırır (tələbi azaldır) və bu da məzənnənin kəskin qalxmasının qarşısını alır. Qısası, banklarda dolların ucuzlaşması manat çatışmalığı ilə bağlıdır.

 

Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.

 

HYUNDAİ CRETA! KOMPAKT SUV-UN YENİ ULDUZU!

10.03.2017 17:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ