SOCAR Rusiyada neft emalı zavodu alır - RÖVNƏQ ABDULLAYEVDƏN AÇIQLAMA

"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rusiyadakı Antipinsk neft emalı zavoduna marağı var".

 

Bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib. 

 

Onun sözlərinə görə, hazırda zavodun alınması ilə bağlı danışıqlar aparılır, amma hələ ki, bu istiqamətdə konkret nəticə yoxdur.

 

"Rusiya bazarı çox böyükdür və bizə maraqlıdır. Ümumilikdə isə SOCAR dünyanın hər yerində danışıqlar aparır", - deyə R.Abdullayev qeyd edib. 

 

Eyni zamanda, o vurğulayıb ki, NEZ-in satın alınması halında SOCAR zavodun borc öhdəliklərini öz üzərinə götürməyi planlaşdırmır.

 

Xəbər verildiyi kimi, “Sberbank” Antipinsk NEZ-in (Tümen) bir neçə potensial alıcısı ilə danışıqlar aparır.

 

“Dəfələrlə məlumat vermişik ki, potenmsial investorlarla danışıqlar aparırıq. Onlardan biri SOCAR-dır (ARDNŞ)”, - “İnterfaks”a çərşənbə günü “Sberbank”dan məlumat verilib.


Xəbər verildiyi kimi, “Bloomberg” agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, “Sberbank” SOCAR-ı Antipin Neft Emalı Zavodunun daha mümkün alıcısı kimi nəzərdən keçirir. ARDNŞ xaricdə energetika sahəsində biznesini genişləndirir, Türkiyədə NEZ inşa edir və ölkənin yeganə neft-kimya kompleksinin idarəçiliyini həyata keçirir. Şirkət, həmçinin İsveçrə, Ukrayna, Gürcüstan və başqa ölkələrdə pərakəndə şəbəkələrə malikdir.

 

“Sberbank” mayın 23-də “Antipinsk NEZ” SC-nin 80%-nə sahib olan Kiprin “Vikay Industrial Limited” şirkətinin səhmləri üzərində mülkiyyət hüququ əldə edib. Bank NEZ-dən borcun alınmasına dair qərar qəbul edib. Zavodun yerdə qalan 20%-i isə vəkil Nikolay Yeqorova məxsusdur.

30 May 2019 , 11:11   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin