Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“İlin sonuna qədər ümumi qaz hasilatında 20% artım proqnozlaşdırılır”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“İlin sonuna qədər ümumi qaz hasilatında 20% artım proqnozlaşdırılır”

“Əsas hədəflərimizdən biri neft hasilatını sabit saxlamaqla yanaşı, qaz hasilatını daha da artırmaqdır və biz bu hədəfə doğru inamla addımlayırıq”.

 

Bunu 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

 

Onun sözlərinə görə, 2018-ci ildə qaz hasilatının önəmli dərəcədə artırılması respublikamıza xaricdən qaz idxalını tamamilə dayandırmaq imkanı yaradıb: “Cari ilin sonuna qədər ümumi qaz hasilatında 20% artım proqnozlaşdırılır. Növbəti illərdə də ölkədə qaz hasilatı yüksələn xətt üzrə davam edəcək”.

 

SOCAR prezidenti deyib ki, bu müsbət trend qarşımızda həm də qaz emalı və kimya sənayesinin inkişafı üçün yeni üfüqlər açır: “Bizi indiyə qədər idxal olunan məhsulları ölkə daxilində istehsal edən müəssisələr yaratmağa ruhlandırır”.

30.05.2019 09:49

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ

Ən çox oxunanlar