Gələn il "Şahdəniz"in dərin hissələrində kəşfiyyat işlərinə başlanılması planlaşdırılır

BP şirkəti gələn il "Şahdəniz" yatağının dərin perspektiv strukturlarında kəşfiyyat qazma işlərinə başlamağı planlaşdırır.

 

Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns Bakıda keçirilən 26-cı Xəzər Neft və Qaz Konfransında bildirib.

 

"Şahdəniz" yatağının dərin perspektiv strukturlarını qiymətləndirmək üçün gələn il bir sıra kəşfiyyat işləri planlaşdırırıq. Bu, mövcud işlənilən "Şahdəniz"yatağının altında yerləşən əlverişli qaz perspektiv strukturudur. Orada ehtiyatların potensialı trilyonlarla kubfut həcmindədir. 2020-ci ildə burada qazma işlərinə başlanılması planlaşdırılır", - o qeyd edib. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

30 May 2019 , 12:45   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin