Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Beynəlxalq Bank ilə Qazprombank arasında əməkdaşlıq sənədi imzalandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank ilə Qazprombank arasında əməkdaşlıq sənədi imzalandı

30 may 2019-cu il tarixində Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində Azərbaycan Beynəlxalq Bankı ilə Rusiya Qazprombankı arasında əməkdaşlıq haqqında razılıq sənədi imzalanıb.

 

Azərbaycan Beynəlxalq Bankı tərəfdən sənədi bankın İdarə Heyətinin sədri Abbas İbrahimov, Qazprombank tərəfdən isə bankın İdarə Heyəti sədrinin müavini Aleksey Belous imzalayıb.

 

Razılıq sənədində ölkəmizdə həyata keçirilməsi planlaşdırılan bir sıra investisiya və digər kommersiya layihələrində birgə iştirak məsələləri nəzərdə tutulur. Neft-kimya, neft-qaz emalı sənayesi, kənd təsərrüfatı, nəqliyyat, rabitə və s. bu kimi sahələrdə biznes layihələrinə maliyyə dəstəyi əməkdaşlığın prioritet istiqamətlərinə daxildir.

 

Bundan başqa, banklar bu əməkdaşlıq çərçivəsində maliyyə məsləhətçiliyi xidmətləri, kapital bazarlarında iştirak, Azərbaycan və Rusiya arasında milli valyutalarda hesablaşmaların inkişaf etdirilməsi və s. bu kimi məsələlərə də diqqət göstərəcəklər. Azərbaycan Beynəlxalq  Bankının Rusiyadakı törəmə müəssisəsi olan ABB-Moskvanın da bu əməkdaşlıq çərçivəsində Qazprombankla müəyyən layihələrdə birgə iştirakı nəzərdə tutulur.

 

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bankın xarici maliyyə institutları ilə əlaqələrin inkişafına mühüm önəm verdiyini bildirib: “Biz xarici əlaqələrimizi daim inkişaf etdirir, yeni əməkdaşlıq imkanlarını hər zaman dəyərləndirməyə çalışırıq. Azərbaycanla Rusiya arasında geniş iqtisadi-ticari əlaqələr mövcuddur. Azərbaycan Beynəlxalq Bankı ilə Qazprombank arasında tərəfdaşlıq münasibətləri, həyata keçirilən birgə layihələrimiz, ümid edirik ki, bu əlaqələrə öz töhfələrini verəcək”.

 

Qazprombankın İdarə Heyəti sədrinin müavini Aleksey Belous deyib: “Azərbaycan MDB məkanının ən dinamik inkişaf edən ölkələrindən biridir. Qazprombank bu ölkə ilə uzunmüddətli işgüzar əlaqələrə və dost münasibətlərinə malikdir. Azərbaycan Beynəlxalq Bankı ilə geniş əhatəli maliyyələşdirmə layihələrinin həyata keçirilməsi təcrübə mübadiləsinə imkan verəcək və inkişaf üçün yeni fürsətlər yaradacaq”.

30.05.2019 14:31

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ