Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bankların kreditlərdən faiz gəlirləri artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bankların kreditlərdən faiz gəlirləri artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın bank sektorunda faiz və qeyri-faiz gəlirləri artıb.

 

Reklam_3_11

"Marja" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-aprel dövründə bankların cəmi faiz gəlirləri 644 milyon manat, o cümlədən kreditlər üzrə faiz gəlirləri 457.1 milyon manat təşkil edib. 2018-ci ilin eyni dövründə bankların faiz gəlirləri 561.2 milyon manat, o cümlədən  kreditlər üzrə faiz gəlirləri 386.6 milyon manat təşkil etmişdi. Qısası, bankların faiz gəlirləri 83 milyon manat və ya 14,8%, o cümlədən kreditlər üzrə faiz gəlirləri 70,5 milyon manat və ya 18,2% artıb.


DAHA UCUZ PULDAN İSTİFADƏ EDİRLƏR

 

Diqqəti cəlb edən bank sektorunun faiz və onlara bağlı xərclərinin azalmasıdır. Belə ki, ötən ilin yanvar-aprel dövründə faiz və onlara bağlı xərclər 201.1 milyon manat ikən, cari ilin eyni dövründə 187.7 milyon manat təşkil edib (13,4 milyon manat və ya 7,1% azalıb). Bankların depozitlər üzrə müştərilərə ödədiyi faizlər 126.7 milyon manatdan 125.3 milyon manata geriləyib. 

 

Qeyd edək ki, 30 Aprel 2019-cu il tarixində müştərilərə verilən kreditlər 12 milyard 674.8 milyon manat təşkil edib. Bu rəqəm ötən ilin eyni tarixində 11 milyard 422.6 milyon manat idi.

 

KREDİT XARİC XİDMƏTLƏRDƏN DƏ GƏLİRLƏR ARTIB

 

Cari ilin ilk 4 ayı ərzində bank sektorunun qeyri-faiz gəlirləri 250,3 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bank sektoru 159.3  milyon manat qeyri-faiz gəliri əldə etmişdi (91 milyon manat və ya 57,1% artım). 


Ötən ilin yanvar-mart aylarında bankların qeyri-faiz xərcləri 325.6 milyon manat ikən, 2019-cu ilin eyni dövründə 344.3 milyon manata yüksəlib (18,7 milyon manat və ya 5,7% arıb). 

 

Bankların faiz və qeyri-faiz gəlirlərinin 174 milyon manat artması qarşılığında, faiz və qeyri-faiz xərclərinin cəmi 5,3 milyon manat artması əməliyyat mənfəətinin artmasını təmin edib. Ötən ilin ilk 4 ayında 193.8 milyon manat təşkil etmiş əməliyyat mənfəəti cari ilin eyni dövründə 288.4 milyon manat olub.

 

ZƏRƏRDƏN XALİS MƏNFƏƏTƏ

 

Bank sektoru 2019-cu ilin yanvar-aprel dövrünü 347.9 milyon manat xalis mənfəət ilə başa vurub.Halbuki, sektor ötən ilin eyni dövrünü 57.1 milyon manat xalis zərərlə bağlamışdı. Ötən ilin ilk 4 ayında banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 242.5 milyon manat ayırmışdılar. Bu ilin eyni dövründə ehtiyatın 65.3 milyon manatı azad olaraq mənfəətə əlavə olunub. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

31.05.2019 06:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ