Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İnflyasiya və qlobal risklər pisləşsə Fed faiz endirə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
İnflyasiya və qlobal risklər pisləşsə Fed faiz endirə bilər

ABŞ Mərkəzi Bankı (Fed), ölkədə inflyasiya aşağı qalmaqda davam edərsə və qlobal risklər pisləşsə səbirli mövqeyini sona çatdırıb faiz endiriminə gedə bilər.

 

Reklam_3_11

ABŞ Prezidenti Donald Trampın Çin ilə ticarət müharibəsi səbəbindən artan iqtisadi risklər, Fed rəsmilərinin səbirli dayanmalarını bir kənara qoymalarına və faiz endiriminə yönəlmələrinə səbəb ola bilər.

 

"Marja" "New York Times"in xəbərinə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Bankı, Trampın Çin ilə bu ay ticarət müharibəsini şiddətləndirdiyi,  bunun nəticəsində bazarların sarsıldığı və qlobal iqtisadi inkişafa təhdidin artdığı bir mühitdə,onsuz da aşağı olan inflyasiya ilə mübarizə aparır. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

ABŞ-da inflyasiya 10 ildir davam edən yumuşaq pul siyasəti dövrünün böyük qisimində hədəf səviyyə olan 2%-dən aşağı qalıb. Əgər risklər davam edərsə ya da pisləşsə, bu vəziyyət Fed rəsmilərini iqtisadiyyatı dəstəkləmək üçün potensial faiz endirimini də ehtiva edən addımlar atmağa yönəldə bilər.

 

Fed sədrinin köməkçisi Richard Clarida Cümə axşamı günü etdiyi açıqlamada, "Əgər gələn məlumatlar inflyasiyanın 2% olan hədəfimizdən inadçı şəkildə aşağı qaldığını ya da qlobal iqtisadi proseslərin risklər yaratdığını göstərsə, rəsmilər, faizlərin dəyişdirilib dəyişdirilməməsini qiymətləndirəcəklər" deyib. 

 

Clarida, daha sonra bir suala verdiyi cavabda, "Əgər risklər görsək, bu vəziyyət daha yumuşaq bir siyasət aparmağı tələb edən bir faktor olacaq" deyib. 


ABŞ Prezidenti Donald Tramp və Çinin Dövlət başçısı Xi Jinpingin gələn ayın sonlarında Yaponiyanın Osaka şəhərində təşkil ediləcək G-20 zirvəsində görüşəcəyi gözlənilir. Bu yığıncaqdan bir razılaşma çıxarsa, risklər sürətlə azala bilər. Ancaq bu yığıncaqdan bir razılaşma olmadığı ortaya çıxarsa, Fed bir reaksiya verməyin lazım olduğunu düşünə bilər.

31.05.2019 07:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ