Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

ABŞ-ın xam neft ehtiyatları cüzi azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın xam neft ehtiyatları cüzi azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın kommersiya (satış üçün) xam neft ehtiyatları keçən həftə bir əvvəlki həftə ilə müqayisədə 300 min barel azalıb.

 

Reklam_3_11

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının keçən həftə 300 min barel (0,1%) azalaraq 476,5 milyon barelə gerilədiyini açıqlayıb. Bazar proqnozu ehtiyatların 860 min barel azalacağı istiqamətində idi. Xam neft ehtiyatları bir əvvəlki həftə 4,7 milyon barel artım qeyd etmişdi.

 

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə keçən həftə dəyişiklik göstərməyərək 644,8 milyon bareldə qalıb. 

 

ABŞ-ın benzin ehtiyatları keçən həftə 2,2 milyon barel (1%) artaraq 230,9 milyon barelə qalxıb. Proqnoz 530 min barel azalma olacağı istiqamətində idi. Benzin ehtiyatları bir əvvəlki həftə 3,7 milyon barel yüksəlmişdi.

 

İDXALI AZALIB, İXRACI ARTIB

 

ABŞ-ın xam neft idxalı keçən həftə bir əvvəlki həftə ilə müqayisədə gündəlik ortalama 81 min barel azalaraq 6,86 milyon barelə geriləyərkən, ixracı isə gündəlik ortalama 395 min barel artımla 3,32 milyon baelə qalxıb.

 

NEFT İSTEHSALI REKORD SƏVİYYƏDƏ

 

Ötən həftə ölkənin xam neft istehsalı da gündəlik ortalama 97 min barel artıb. İstehsal, ölkənin Alaska ştatında 3 min barel azalarkən, digər ştatlarda isə cəmi 100 min barel artım qeyd edib. Beləcə 18-24 May həftəsində ABŞ-ın xam neft istehsalı gündəlik ortalama 12,3 milyon barel olmaqla rekord səviyyədə qalmışdır. 

 

EIA-nın "May 2018" Hesabatında, ölkənin gündəlik ortalama xam neft istehsalının bu il 12,45 milyon barel, gələn il isə 13,4 milyon barel olacağı təxmin edilir.

 

Qeyd edək ki, bu gün Brent nefti 1,5% ucuzlaşaraq barelinin qiyməti 64,39 dollara düşüb. 

31.05.2019 09:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ